Dövlət Komitəsi: "13 yaşlı qızın psixoloji durumu qiymətləndirilib"

Dövlət Komitəsi: "13 yaşlı qızın psixoloji durumu qiymətləndirilib"
SOSİAL
14:05 07.09.2022
204
Sentyabrın 7-də sosial şəbəkədə 13 yaşlı qızın ana olması barədə yayılan məlumatla əlaqədar Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi dərhal aidiyyəti qurumlara müraciət edib.

Bu barədə AZXEBER.COM-a Dövlət Komitəsindən məlumat veirlib.

Bildirilib ki, həmçinin Dövlət Komitəsinin əməkdaşları psixoloqun iştirakı ilə tibb müəssisəsində olub, yetkinlik yaşına çatmayan qızın sağlamlıq vəziyyəti ilə maraqlanıb və onun psixoloji durumu qiymətləndirilib: "Qeyd edək ki, azyaşlı ananın və yenidoğulmuş körpənin sonrakı taleyi ilə bağlı məslələlər Komitə və aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb və bu istiqamətdə müvafiq tədbirlər görülməkdədir".
OXŞAR XƏBƏRLƏR