Azərbaycanda bu vəzifəli şəxslərə cinayət işi açıldı - RƏSMİ

SOSİAL
17:22 04.06.2020
907
Ölkəmizdə uğurla həyata keçirilən sosial-iqtisadi inkişaf proqramlarının icrası çərçivəsində qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi və mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına, onların mövcud problemlərinin həllinə xüsusi həssaslıqla yanaşılır.

Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidmətindən verilən məlumata görə, bununla yanaşı, dövlətin bu sahədə gördüyü işlərə kölgə sala biləcək qanunsuz hallara qarşı prokurorluq orqanları tərəfindən ən ciddi tədbirlər davam etdirilməkdədir.

Həyata keçirilməkdə olan belə tədbirlərdən biri kimi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş material araşdırılıb.

Keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Komitənin vəzifəli şəxslərinin öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, paytaxtın Binəqədi rayonu Həmzə Babaşov küçəsində yerləşən Təcili Tibbi Yardım stansiyasının tikintisi yarımçıq qalmış binalarında məskunlaşmış çoxsaylı qaçqın və məcburi köçkün ailələrinə mənzillərin qanunsuz verilməsi üçün onlardan müxtəlif məbləğlərdə pulu dəfələrlə təkrar rüşvət kimi tələb edib almalarına şübhələr üçün əsaslar müəyyən edildiyindən faktla bağlı Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.3.2-ci (təkrar rüşvət alma) cinayət işinə başlanılıb.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam, hərtərəfli yoxlanılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu bu qəbildən qanunazidd hallarla üzləşən vətəndaşlara müraciət edərək "961” nömrəli "Çağrı Mərkəzi” və ya Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin "161” nömrəli "Qaynar xətt” əlaqə mərkəzinə məlumat vermələrini xahiş edir.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

20:04 06.07.2020

Restoran və kafelərdə sıxlıq norması təsdiqləndi - YENİ QAYDALAR

19:40 06.07.2020

İnfeksionist Afət Əkbərova: “Virus aqressiv şəkildə mutasiya edir”

19:02 06.07.2020

Fəaliyyətinə icazə verilən sahələr və icazə üçün müraciət QAYDALARI

19:00 06.07.2020

Hərbi qulluqçunu ələ salıb videoya çəkən şəxs saxlanıldı - Video

18:34 06.07.2020

12 gün süni nəfəs aparatında qalan koronavirus xəstəsi sağalaraq evə buraxılıb - VİDEO

18:27 06.07.2020

AZAL-dan sərnişinlərə xəbərdarlıq: Provokasiyalara uymayın!

18:20 06.07.2020

Həkim: "COVID-19 analizinin cavabı mənfi olan bəzi xəstələrdə "buzlu şüşə" aşkarlanır"

17:59 06.07.2020

Avropada koronavirusun yeni dalğası başlayıb

17:49 06.07.2020

Azərbaycanda onlarla ana və uşağı koronavirusa yoluxdu

17:37 06.07.2020

Azərbaycanda daha 513 nəfər koronavirusa yoluxdu, 8 nəfər vəfat etdi

17:32 06.07.2020

Kür qırağında piknik edənlər cərimələndi - Foto

17:25 06.07.2020

Baş prokurordan yeni TƏYİNATLAR

17:17 06.07.2020

Prezident İqtisadiyyat Nazirliyinə yeni səlahiyyət verdi

17:06 06.07.2020

190 manatın verilməsinə başlanıldı - BU QAYDALARLA VERİLƏCƏK

16:56 06.07.2020

MTRŞ sədri: “Teleradio sahəsində satış, reklam sistemi, ünsiyyət və lisenziyalaşmaya yanaşma dəyişməlidir”

16:46 06.07.2020

Avropa İnvestisiya Bankı: ”Azərbaycanda biznesə dəstəyi “AccessBank”la həyata keçiririk