Dövlət Neft Fondu bu gün 23 banka 100 milyon dollar satıb

İQTİSADİYYAT
14:18 02.03.2016
1419

Bu gün Azərbaycan Mərkəzi Bankının müntəzəm hərracları vasitəsilə hərrac təşkil edilib.

Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) verilən məlumata görə, ARDNF tərəfindən 100 mln. ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb və 23 banka satılıb.

Fonddan bildirilib ki, il ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.

OXŞAR XƏBƏRLƏR