Dövlət Neft Fonduna yeni icraçı direktor müavini təyin edilib

İQTİSADİYYAT
17:40 24.07.2013
1376

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə İsrafil Aydın oğlu Məmmədov Dövlət Neft Fondunun icraçı direktorunun müavini vəzifəsinə təyin edilib.

Bu barədə  fonddan məlumat verilib.İsrafil Məmmədov bu vaxtadək Neft Fondunun Vəsaitlərin İdarə edilməsi müdiriyyətinin müdiri vəzifəsində çalışıb.Daha öncələr Xarici İşlər Nazirliyində Beynəlxalq İqtisadi Əlaqələr İdarəsinin attaşesi, Azərbaycanın Böyük Britaniyada və Şimali İrlandiya Krallığındakı səfirliyində birinci, ikinci, üçüncü katib, Dövlət Neft Şirkətinin Böyük Britaniyadakı nümayəndəsi vəzifələrində çalışıb.Qeyd edək ki, İ.Məmmədov Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun beynəlxalq iqtisadi əlaqələr fakültəsini bitirib.

OXŞAR XƏBƏRLƏR

X Mostbet