Dövlət Proqramında dəyişikliklər edilməsi haqqında - SƏRƏNCAM

SİYASƏT
10:00 26.11.2013
1194

Azərbaycan prezidenti İlham Əliyev, 2008-ci il sentyabrın 15-də 3043 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nda dəyişikliklər edilməsi haqqında sərəncam imzlayıb.

AZXEBER.COM xəbər verir ki, sərəncamda deyilir:

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 15 sentyabr tarixli 3043 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 9, maddə 824; 2009, № 11, maddə 886; 2010, № 2, maddələr 78, 80, № 7, maddə 610; 2011, № 6, maddə 553) ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nda aşağıdakı dəyişikliklər edilsin:

1. “İxtisarlar” hissəsinə “AB Avropa Birliyi” sözlərindən sonra “ABOEMDA Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi” sözləri əlavə edilsin;

2. “Təsdiq edilmiş və hazırda icra olunan strategiyalar, dövlət proqramları, konsepsiya, fəaliyyət və tədbirlər planlarının siyahısı” adlı 2 nömrəli əlavədə:

2.1. 2-ci bənddə “SEN” akronimi “ABOEMDA” akronimi ilə əvəz edilsin;

2.2. 3-cü bəndə “ABOEMDA” akronimi əlavə edilsin.

OXŞAR XƏBƏRLƏR