Dövlət qulluğunda köklü dəyişiklik: mükafat sisteminin ləğvi nəyi dəyişəcək?

Dövlət qulluğunda köklü dəyişiklik: mükafat sisteminin ləğvi nəyi dəyişəcək?
MANŞET
14:12 19.03.2026
458
Xəbər verdiyimiz kimi, "Dövlət qulluğu haqqında” qanunda və müvafiq qanunvericilik aktlarında edilən dəyişikliklər Azərbaycanda dövlət qulluğu sahəsində əməkhaqqı sistemində köklü dəyişikliklərə qərar verildiyini göstərir. Dövlət qulluğunda mükafat sistemi, dövlət qulluqçusuna staja, hakimiyyət səlahiyyətinə görə, habelə vəzifə maaşının müəyyən edilmiş misli qədər verilən, dövlət büdcəsi hesabına ödənilən əlavələr, həmçinin dövlət qulluqçuları üçün müalicə müavinəti ləğv edilir.

Dövlət qulluqçularının təminatlarından ləğv edilmiş bu əlavələr onların vəzifə maaşlarının baza hissəsinə daxil edilib. Köhnə mexanizmlər - həm kollektiv, həm də fərdi mükafatlar ləğv edilərək vəzifə maaşına daxil edilməklə beynəlxalq təcrübədə tətbiq edilən yeni vahid və nəticəyönümlü əməkhaqqı strukturu müəyyən olunur.

İqtisadçı ekspert Natiq Cəfərli AZXEBER.COM-a açıqlamasında bildirib ki, bu qaydanın dəyişdirilməsi müsbət nəticələr verəcək:

"Bu qaydanın dəyişdirilməsi müsbət nəticələr verəcək. Çünki mükafatlar təyin edilərkən müəyyən sui-istifadə hallarına yol verilə bilirdi və belə ehtimallar mövcud idi. Lakin bundan sonra maaşlar sabitləşdiriləcək və artırılacaq. İşçilər bu dəyişiklikdən heç nə itirmir, əksinə daha yüksək və sabit əməkhaqqı alacaqlar”.


İqtisadçı qeyd edib ki, yeni qayda büdcə və əməkhaqqı sistemində şəffaflığın artırılmasına xidmət edəcək: 

"Sözügedən yenilik işçilərin sosial vəziyyətinə müsbət təsir göstərə bilər. Bu eyni zamanda büdcə və əməkhaqqı sistemində şəffaflığın artırılmasına xidmət edən mühüm və pozitiv addımdır”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR