Dövlət qurumlarının rəsmiləri Daşkəntdə Azərbaycan Mədəniyyət Mərkəzini ziyarət etdilər

Dövlət qurumlarının rəsmiləri Daşkəntdə Azərbaycan Mədəniyyət Mərkəzini ziyarət etdilər
SOSİAL
17:43 03.04.2023
179
Özbəkistanda rəsmi səfərdə olan Azərbaycan Respublikası Kütləvi İnformasiya Vasitələrinin İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, Audiovizual Vasitələr Şurasının sədri İsmət Səttarov, "Azərbaycan Televiziya və Radio Verilişləri” QSC sədrinin müavini Rafiq Həşimov, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) İdarə Heyətinin sədri Vüqar Əliyev, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Kommunikasiya və QHT-lərlə iş şöbəsinin Rəqəmsal media ilə iş sektorunun müdiri Elmir Vəlizadə, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Kommunikasiya və QHT-lərlə iş şöbəsinin KİV-lə iş sektorunun müdiri Kamran Həsənov, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının QHT-lərlə əlaqə və iş şöbəsinin QHT-lərlə iş sektorunun baş məsləhətçisi Rahu Şirinovadan ibarət nümayəndə heyəti Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzini ziyarət ediblər.

Mərkəzdən AZXEBER.COM-a bildirilib ki, qonaqlar ilk öncə Mədəniyyət Mərkəzinin önündə ucaldılmış Ümummilli Lider Heydər Əliyevin büstü qarşısına tər gül-çiçək dəstləri qoyduqdan sonra Mərkəzin həyətində yaradılmış Şəhidlər xatirə kompleksini ziyarət ediblər.


Qonaqlara Mədəniyyət Mərkəzinin fəaliyyəti ilə bağlı geniş məlumat verən Mərkəzin direktoru Samir Abbasov Ümummilli Lider Heydər Əliyevin adını daşıyan bu Mədəniyyət Mərkəzinin Azərbaycan-Özbəkistan dostluq və mədəni əlaqələrin inkişafında mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb. Qonaqlar daha sonra Mədəniyyət Mərkəzində yaradılmış Azərbaycan-Özbəkistan Dostluq Muzeyi, Heydər Əliyev, Azərbaycan tarixi və dövlətçiliyi muzeyi və Xalça muzeyləri ilə tanış olublar.

Azərbaycan-Özbəkistan Dostluq Muzeyini ziyarət edən qonaqlara məlumat verilib ki, Azərbaycan və Özbəkistan xalqlarının ortaq dəyərlərini, ortaq tarixi köklərini, mədəniyyətlərini əks etdirən Dostluq Muzeyi Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə açılmış və bu muzeydə Azərbaycan Özbəkistan tarixi əlaqələrini əks etdirən çox sayda eksponat, maket, suvenir, sənətkarlıq nümunələri və s. nümayiş ertdirilir.

Mədəniyyət Mərkəzində yaradılmış Heydər Əliyev muzeyini ziyarət edən qonaqlar burada Ümummilli Lider Heydər Əliyevin həyatı və siyasini fəaliyyətini əks etdirən fotolarla, nəşrlərlə tanış olublar.

Azərbaycan tarixi muzeyini ziyarət edən qonaqlar burada Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı, incəsənəti, xalq sənətkarlığı, musiqisi, adət-ənənələri, tarixi abidələrini əks etdirən çox sayda guşələr, eksponat və maketlərlə tanış olublar. Xalça muzeyinə ziyarət zamanı qonaqlara burada nümayiş etdirilən tarixi Azərbaycan xalçaları haqqında məlumatlar verilib.

Sonda Mədəniyyət Mərkəzini ziyarət edən nümayəndə heyəti ilə birgə xatirə fotosu çəkilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
02:32 16.03.2026
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
01:39 16.03.2026
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
01:07 16.03.2026
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
00:24 16.03.2026
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
00:07 16.03.2026
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
23:53 15.03.2026
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
Daha bir güləşçimiz Avropa çempionu oldu
23:40 15.03.2026
Daha bir güləşçimiz Avropa çempionu oldu
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
23:34 15.03.2026
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
23:24 15.03.2026
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
23:07 15.03.2026
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
23:03 15.03.2026
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
22:55 15.03.2026
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
Qubada müəllim dəm qazından boğularaq ölüb
22:44 15.03.2026
Qubada müəllim dəm qazından boğularaq ölüb
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu
22:28 15.03.2026
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu
Avtobusdakı görüntüləri gündəm oldu
22:16 15.03.2026
Avtobusdakı görüntüləri gündəm oldu
Bakıda evlərin sökülməsi gərginlik yaradır: Kiçik mülk sahibləri böyük mənzil tələb edirlər - VİDEO
22:11 15.03.2026
Bakıda evlərin sökülməsi gərginlik yaradır: Kiçik mülk sahibləri böyük mənzil tələb edirlər - VİDEO