Dövlət Taxıl Fondu üçün idxal olunan məhsullar gömrük rüsumundan azad edildi

Dövlət Taxıl Fondu üçün idxal olunan məhsullar gömrük rüsumundan azad edildi
SOSİAL
16:54 31.01.2022
198
Nazirlər Kabineti "İxrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” 22 aprel 1998-ci il tarixli qərarında dəyişiklik edib.
 
AZXEBER.COM xəbər verir ki, bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.

Qərara əsasən, "Gömrük tarifi haqqında” qanunun 19.2-ci maddəsinə uyğun olaraq Dövlət Taxıl Fonduna tədarük edilməsi məqsədilə idxal olunan taxıl və taxıl emalı məhsullar idxal gömrük rüsumundan azad edilib.

OXŞAR XƏBƏRLƏR