Dövlət teatrlarında baş rejissor ştatı ləğv edildi

Dövlət teatrlarında baş rejissor ştatı ləğv edildi
MƏDƏNİYYƏT
19:30 26.01.2026
620
Azərbaycanda dövlət teatrlarında bədii rəhbər, baş rejissor, baş rəssam və bu kimi bir sıra digər vəzifələr ləğv edilib.

Bu dəyişikliklər dövlət teatrlarının əsasnamələri, strukturu və ştat cədvəllərinin yenilənməsi əsasında baş verib.

Belə ki, hazırkı idarəetmə quruluşundakı mövcud bədii rəhbər, baş rejissor, baş rəssam və digər buna bənzər vəzifələr ləğv edilib. Teatrların yeni strukturunda Strategiya və komunikasiya, Yaradıcı şöbə və artist heyətinin idarəedilməsi şöbələri formalaşdırılıb.

Faktı Mədəniyyət Nazirliyi "Report"a təsdiq edib.
 
///Report
OXŞAR XƏBƏRLƏR