Dövlət Televiziyasını təhqir edib, tədbirdən qovan Rövşən Muradov kimdir?

Dövlət Televiziyasını təhqir edib, tədbirdən qovan Rövşən Muradov kimdir?
SOSİAL
14:10 17.03.2017
12360
Xəbər verdiyimiz kimi, bu gün Bakıda keçirilən V Qlobal Bakı Forumunun ikinci günündə tədbirin təşkilatçılarından olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin direktoru Rövşən Muradov ilə bir sıra jurnalistlər arasında qarşıdurma yaşanıb. 
 
Qarşıdurmanın yaranmasına səbəb Rövşən Muradovun jurnalistləri təhqir etməsi və Forumun işini işıqlandıran KİV nümayəndələrinin işinə kobud müdaxiləsi olub. Təşkilatçının jurnalistləri təhqir etməsi nəticəsində AzTV və Lider TV-nin əməkdaşları tədbiri işıqlandırmaqdan imtina ediblər. Rövşən Muradov jurnalisti təhqir edən zaman bir sıra media mənsubları da həmkarlarının müdafiəsinə qalxıblar və jurnalistlərin peşə fəaliyyətinə görə təhqir olunmasına etiraz ediblər. Ancaq qarşıdurmanı daha da alovlandıran Rövşən Muradov isə daha da irəli gedərək, mətbuata tədbiri qadağan etməyi təklif edib.
 
Bu haqda məlumatı olke.az saytı yazıb.
 
AZXEBER.COM jurnalistləri təhqir edən Rövşən Muradov haqda kiçik araşdırma aparıb. Məlum olub ki, Rövşən Muradov ilk olaraq Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi olub. Daha sonra isə mərkəzin direktoru təyin olunub.
 
Adıçəkilən mərkəz Nizami Gəncəvinin irsinin araşdırılması və onun dünyada təbliğ olunması məqsədi ilə fəaliyyət göstərən beynəlxalq, qeyri-kommersiya və qeyri-siyasi beynəlxalq təşkilatdır. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2011-ci il sərəncamına əsasən dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubiley tədbirlərinin keçirilməsi çərçivəsində 30 sentyabr 2012-ci il tarixində şairin vətəni Gəncə şəhərində keçirilmiş xüsusi toplantıda təsis edilmişdir. Mərkəz Azərbaycan Respublikasında təsis olunmasına baxmayaraq qərarverici qurumu dünyanın nüfuzlu ictimai və siyasi xadimlərindən təşkil olunmuş Beynəlxalq İdarə heyyətidir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin əsas məqsədi müxtəlif xalqlar və mədəniyyətlərarasında dialoq, tolerantlıq və anlaşmanın təbliğ olunaraq Nizami Gəncəvinin əsərlərində təbliğ etdiyi ümumbəşəri dəyərlərin daha geniş miqyasda dünyaya təbliğ olunmasıdı. Nizami Gəncəvi BM müxtəlif hökumətlər, hökumətlərarası təşkilatlar və ictimai təşkilatlarla müxtəlif mövzularda sıx əməkdaşlıq etməkdədir. Mərkəzin baş ofisi Bakı şəhərində (Azərbaycan) yerləşməsinə baxmayaraq fəaliyyəti müxtəlif ölkələri əhatə etməkdədir.
 
Azərbaycan Dövlət İqtisad Universitetinin məzunu olan Rövşən Muradovın mart ayının 2-də şəxsi səhifəsində yazdığı status da maraq doğurur: "Nə iş görürsən, gör. NƏ edirsən, et. Nəticə 0"
 
Onu da qeyd edək ki, Rövşən Muradov Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun kadrlarından hesab olunur. Bəs görəsən, dövlət televiziyasını təhqir etmək hüququnu kim ona verib?
 
 

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Azərbaycan və Ermənistan arasında tarixi sülh sazişini alqışlayırıq”
14:17 09.08.2025
“Azərbaycan və Ermənistan arasında tarixi sülh sazişini alqışlayırıq”
Maya Sandu Azərbaycan və Ermənistanı təbrik edib
14:02 09.08.2025
Maya Sandu Azərbaycan və Ermənistanı təbrik edib
Qriqoryan: İran əvvəllər blokadanın aradan qaldırılmasını dəstəklədiyini bəyan edib
13:49 09.08.2025
Qriqoryan: İran əvvəllər blokadanın aradan qaldırılmasını dəstəklədiyini bəyan edib
Şəkidə 5 otaqlı evdə yanğın olub
13:40 09.08.2025
Şəkidə 5 otaqlı evdə yanğın olub
Qazaxıstanda iyul ayında itmiş hərbi helikopterin parçaları və meyit tapıldı
13:35 09.08.2025
Qazaxıstanda iyul ayında itmiş hərbi helikopterin parçaları və meyit tapıldı
Fransa Azərbaycanla Ermənistan arasında əldə olunan sülh razılaşmasını alqışladı
13:25 09.08.2025
Fransa Azərbaycanla Ermənistan arasında əldə olunan sülh razılaşmasını alqışladı
"Mançester Yunayted"in hücumçusu İtaliyaya qayıda bilər
13:19 09.08.2025
"Mançester Yunayted"in hücumçusu İtaliyaya qayıda bilər
Cəlilabadda çaqqal kənd sakinlərinə hücum etdi - xəsarət alanlar var
12:55 09.08.2025
Cəlilabadda çaqqal kənd sakinlərinə hücum etdi - xəsarət alanlar var
"İlham Əliyev Azərbaycan tarixində daha bir şanlı səhifə açdı, sülh səhifəsi" - Səbuhi Abbasov
12:45 09.08.2025
"İlham Əliyev Azərbaycan tarixində daha bir şanlı səhifə açdı, sülh səhifəsi" - Səbuhi Abbasov
Göyçayda zəlzələ zamanı dağıntı və ya insan xəsarəti olmayıb
12:38 09.08.2025
Göyçayda zəlzələ zamanı dağıntı və ya insan xəsarəti olmayıb
Yağış yağacaq, şimşək çaxacaq - SABAHIN HAVA PROQNOZU
12:30 09.08.2025
Yağış yağacaq, şimşək çaxacaq - SABAHIN HAVA PROQNOZU
Tailand əsgərləri Kamboca sərhədi yaxınlığında minaya düşüb
12:24 09.08.2025
Tailand əsgərləri Kamboca sərhədi yaxınlığında minaya düşüb
Ağ Evin rəsmi "X" hesabında Donald Trampın İlham Əliyevi qarşılaması ilə bağlı video paylaşılıb
12:19 09.08.2025
Ağ Evin rəsmi "X" hesabında Donald Trampın İlham Əliyevi qarşılaması ilə bağlı video paylaşılıb
Paşinyan Rusiyanı regional kommunikasiyaların açılmasına mane olmaqda ittiham etdi
11:58 09.08.2025
Paşinyan Rusiyanı regional kommunikasiyaların açılmasına mane olmaqda ittiham etdi
"Kuruluş Osman"ın aktyoru ata oldu - FOTO
11:55 09.08.2025
"Kuruluş Osman"ın aktyoru ata oldu - FOTO
Daha bir şəhərdə dəbdəbəli yas mərasimləri ləğv olunur
11:51 09.08.2025
Daha bir şəhərdə dəbdəbəli yas mərasimləri ləğv olunur