Dövlət Turizm Agentliyi Şəki Xan sarayındakı hadisə ilə bağlı hərəkətə keçdi

Dövlət Turizm Agentliyi Şəki Xan sarayındakı hadisə ilə bağlı hərəkətə keçdi
SOSİAL
15:57 14.07.2019
4375
Dövlət Turizm Agentliyi Şəki Xan sarayının həyətində baş vermiş hadisə ilə bağlı açıqlama yayıb. 

AZXEBER.COM-un məlumatına görə, agentlik bildirib ki, hadisə baş verən andan Dövlət Turizm Agentliyinin rəhbərliyi Şəkiyə doğru yola çıxıb.

Cəmiyyəti daha dəqiq məlumatlandırmaq məqsədilə az sonra hüquq-mühafizə orqanları ilə birgə ətraflı bəyanatın yayımlanması planlaşdırılır.

Xatırladaq ki, Şəki Xan sarayının həyətindəki ağacın budağının aşması nəticəsində 19 nəfər xəstəxanaya yerləşdirilib. Səhiyyə Nazirliyindən saytımıza verilən məlumata görə, yaralılardan 4-nün vəziyyəti ağırdır. 
OXŞAR XƏBƏRLƏR