Dövlət Ekoloji Təhlükəsizlik Xidməti Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Seymur Orucov küçəsində ağacların kəsilməsi məsələsinə münasibət bildirib.
Xidmətin rəsmisi Vaqif Cavadovun sözlərinə görə, sözügedən ünvanda bu ilin aprel ayında 6 ağacın qanunsuz kəsildiyi müəyyən edilib və təbiətə dəyən ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib:
"Ərazidəki ağaclar sayılaraq qeydiyyata alınıb. Bu gün isə həmin əraziyə təkrar baxış keçirilib, yeni ağac kəsintisi faktı qeydə alınmayıb”.