Dövlət Xidməti: "Telegram" hücumları ilə bağlı 112 saxta domen və 18 IP ünvanı nəzarətdədir

Dövlət Xidməti: "Telegram" hücumları ilə bağlı 112 saxta domen və 18 IP ünvanı nəzarətdədir
SOSİAL
11:49 09.09.2025
217
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Zərərverici Analizi Laboratoriyası (MRLab) "Telegram" üzərindən həyata keçirilən kiberhücumlarla bağlı araşdırmalar davam etdirilir.  

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə XRİTDX-i məlumat yayıb. 

 Bildirilir ki, hazırda kiberəməliyyatla bağlı 112 saxta domen və 18 IP ünvanı MRLab tərəfindən nəzarətə götürülüb.   Sözügedən resursların fəaliyyəti araşdırılır və istifadəçilərə təsir dərəcəsi qiymətləndirilir.  

Mövzu ilə bağlı əlavə məlumatlar mərhələli şəkildə XRİTDX-nin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin (CERT) rəsmi saytında paylaşılacaq.

OXŞAR XƏBƏRLƏR