Dövlət xidmətinin rəis müavini işdən çıxarıldı

İQTİSADİYYAT
13:21 19.03.2015
2056

Nazirlik məlumat yaydı.

Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) rəis müaviniEmin Şahbazov vəzifəsindən azad olunub.AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli bildirib.

“Emin Şahbazov öz ərizəsi ilə təqaüdə çıxıb. Rəis müavini postuna gələcək namizədin kimliyi isə kənd təsərrüfatı nazirinin müvafiq əmrindən sonra bəlli olacaq”, - deyə Y.Xanvəli bildirib.

Qeyd edək ki, DBNX-nin rəis müavini vəzifəsinin müvəqqəti icrası da heç kimə həvalə edilməyib.

DBNX-nin strukturunda dəyişiklik gözlənildiyini bildirən Y.Xanvəli hələ ki, bu istiqamətdə yeniliyin olmadığını bildirib.

OXŞAR XƏBƏRLƏR