Dövlət Yol Polisindən sürücülərə XƏBƏRDARLIQ

Dövlət Yol Polisindən sürücülərə XƏBƏRDARLIQ
SOSİAL
19:48 31.05.2021
734
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə müraciət edib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, idarənin şöbə rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev bildirib ki, hər bir sürücü yola çıxmazdan əvvəl nəqliyyat vasitələrinin texniki sazlığını yoxlamalıdır.

Eyni zamanda nəzərə alınmalıdır ki, nasazlıq baş verdikdə belə avtomobili yolun hərəkət hissəsindən mümkün qədər tez kənarlaşdırmaq lazımdır.
N.Piriyev qeyd edib ki, əks halda ağır qəzalar qaçılmaz olur.

"Bir nəfərin məsuliyyətsizliyi, avtomobilin texniki sazlığına əməl etməməsi digər 5 sürücünün bir neçə gün avtomobilsiz qalmasına, onlara maddi zərər vurulmasına gətirib çıxarır”, - deyə şöbə rəisi vurğulayıb.
OXŞAR XƏBƏRLƏR