Azərbaycanın "Böyük Qayıdış" strategiyası - 2030-cu ilədək...

Azərbaycanın "Böyük Qayıdış" strategiyası - 2030-cu ilədək...
SİYASƏT
12:56 30.11.2024
501
Məlum olduğu kimi, ötən gün yenidən işğaldan azad edilmiş Cəbrayıl rayonuna köç karvanı yola salınıb.
 
Bununla da artıq neçənci dəfədir ki, bu rayona və digər işğaldan azad edilmiş ərazilərə vətəndaşlarımız köçürülür.
 
İşğaldan azad edilmiş torpaqlarda görülən işlər fonunda dövlətin mühüm siyasi strategiyaları əvəzsizdir.
 
Bəs, görəsən işğal edilmiş rayonlardakı yaşayış strategiyası cəmiyyətimiz tərəfindən necə qiymətləndirilir? Bu layihələrin icrasından sonra daha hansı dövlət proqramlarının həyata keçirilməsi nəzərdə tutula bilər?
 
Məsələ ilə bağlı Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı AZXEBER.COM-a açıqlamasında bildirib ki, Ermənistanın vandalizmi nəticəsində bir milyondan çox soydaşımız doğma yudrlarından zorla qaçqın vəziyyətinə düşüblər:
 

 

"Azərbaycan 27 sentyabr 2020-ci il beynəlxalq səviyyədə tanınmış ərazilərini işğaldan azad etmək üçün genişmiqyaslı əks-hücum əməliyyatlarına başladı. 44 gün davam edən İkinci Qarabağ Müharibəsi ölkəmizin tarixi zəfəri ilə başa çatdı və Ermənistan baş naziri məğlubiyyətlərinin rəsmiləşdirilməsi olaraq 10 Noyabr kapituliyasiya aktına imza atmağa məcbur oldu. İşğal dövründə Ermənistan Qarabağda vandalizim törətmiş, infrastruktur obyektləri tamamilə dağıdılmış, milli-mədəni irsimiz məhv edilmiş, təbii sərvətlərimiz talan edilmiş, ölkəmizin iqtisadiyyatına əhəmiyyətli dərəcədə zərər vurulmuşdur. Bununla yanaşı bir milyondan çox soydaşımız öz doğma yurdlarından zorla qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşlər.

Artıq Azərbaycan dövləti hərbi, siyasi və iqtisadi gücünün təzahürü olaraq ərazi bütövlüyümüzü bərpa edib və işğaldan azad olunmuş ərazilərimiz genişmiqyaslı yenidən qurma işləri fonunda böyük qayıdışa şahidlik edir. Cənab Prezident İlham Əliyevin düzgün və milli maraqlarımıza söykənən siyasət strategiyası nəticəsində Qarabağ və Şərqi Zəngəzurun ölkə iqtisadiyyatına reinteqrasiyası sürətlə davam etdirilir".
 
Deputat qeyd edib ki, "Böyük Qayıdış" Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetlərindən biri kimi müəyyən olunub: 

"İşğaldan azad olunmuş ərazilərə "Böyük Qayıdış" Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetlərindən biri kimi müəyyən olunmuşdur. Dönüş proqramları çərçivəsində məcburi köçkünlərin öz torpaqlarına qayıtması üçün müxtəlif sosial layihələr həyata keçirilir. Bu yeni yaşayış massivlərinin və zəruri sosial obyektlərin tikintisi əhatə edir. Bununla yanaşı bölgə iqtisadiyyatının canlandırılması kontekstində kənd təsərrüfatı, turizm, müxtəlif sənaye sahələrinə investisiyaların təşviq edilməsi istiqamətində hökumətimiz tərəfindən zəruri işlər həyata keçirilir.Tam əminliklə qeyd edə bilərəm ki, işğaldan azad olunmuş bölgələrdə sürətli yenidən qurma işləri nəticəsində insanların gələcəyə olan ümidləri artır, müasir infrastruktur və yaşam şərtlərinin yaxşılaşdırılması onların müsbət gələcəyə olan inamını gücləndir".
 
Mövzuya geopolitik prizmadan baxan siyasi şərhçi Tural İsmayılov AZXEBER.COM-a açıqlamasında söyləyib ki, işğaldan azad edilmiş hər bir bölgə qarış-qarış yenidən qurulub:
 

 

"Azərbaycan dövləti təkcə torpaqlarını necə işğaldan azad etməyin strategiyasını bütün dünyaya nümayiş etdirən bir ölkə deyil, eyni zamanda işğaldan azad edilmiş bölgələrə ləyaqətli, tam təhlükəsiz şəkildə vətəndaşlarının yüksək səviyyədə yaşayışlarının həmin bölgələrdə təmin edilməsini ustalıqla göstərən bir dövlətdir. Təbii ki, dövlət strategiyamız bu sahədə çox mükəmməl şəkildə işləyir. Əvvəla, işğaldan azad edilmiş hər bir bölgə qarış-qarış yenidən qurulub və orada qayıdacaq insanların bütün həyat standartları və şəraitini ən yüksək səviyyədə təmin edilməsi üçün işlər tam görülür".
 
Politoloq əlavə edib ki, Azərbaycanın "Böyük Qayıdış" modeli dünya üçün nümunə qismində çıxış edə bilər: 
 
"İkinci mərhələdə isə artıq o zəruri infrastruktur layihələri həyata keçirildikdən sonra sözügedən ərazilərə qayıdacaq insanların yaşayış şəraitləri bütöv şəkildə təmin olunduqdan sonra vətəndaşlarımızın hissə-hissə həmin bölgələrə qayıdışı prosesi baş verir. Bütövlükdə, "Böyük Qayıdış" Azərbaycanın ortaya qoyduğu fəlsəfədir. Ölkəmizin göstərmiş olduğu çox vacib bir dövlət siyasətidir. Gələcəkdə müharibədən əziyyət çəkən vətəndaşları didərgin olan bir çox ölkələr üçün də Azərbaycanın "Böyük Qayıdış" modeli bir nümunə qismində çıxış edə bilər. O cümlədən, biz bilirik ki, "Böyük Qayıdış"a dair birinci dövlət proqramı qəbul edilib. Bu proses mərhələli şəkildə davam edəcək. Bizim işğaldan azad edilən digər şəhərlərimizdə abadlıq-quruculuq, infrastruktur layihələri ustalıqla icra olunur. Cəbrayıldan başqa hissə-hissə digər işğaldan azad edilən Azərbaycan torpaqlarına da vətəndaşlarımızın tam qayıdış prosesi uğurla gerçəkləşəcək".
 
Günel Hüseynli
 
Yazı Medianın İnkişafı Agentliyinin "işğaldan azad olunmuş ərazilərə "Böyük Qayıdış" mövzusunda dərc edilib.
 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
NATO hərbi imkanlarının əhəmiyyətli dərəcədə artırılması planlarını təsdiqləyib
22:48 05.06.2025
NATO hərbi imkanlarının əhəmiyyətli dərəcədə artırılması planlarını təsdiqləyib
Mask: Mən olmasaydım Tramp seçkilərdə uduzardı
22:36 05.06.2025
Mask: Mən olmasaydım Tramp seçkilərdə uduzardı
Tramp Si Cinpini ABŞ-yə səfərə dəvət edib
22:20 05.06.2025
Tramp Si Cinpini ABŞ-yə səfərə dəvət edib
“Parad” üçün silahların Ermənistandan gətirildiyi etiraf EDİLDİ - FOTOLAR
21:50 05.06.2025
“Parad” üçün silahların Ermənistandan gətirildiyi etiraf EDİLDİ - FOTOLAR
Tramp: Ukrayna ilə bağlı razılaşma olmazsa, Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə hazırıq
21:35 05.06.2025
Tramp: Ukrayna ilə bağlı razılaşma olmazsa, Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə hazırıq
Türkiyədə çoxmərtəbəli bina yanır - 23 nəfər xəstəxanaya yerləşdirildi
21:27 05.06.2025
Türkiyədə çoxmərtəbəli bina yanır - 23 nəfər xəstəxanaya yerləşdirildi
Aprel döyüşləri zamanı aldığı tapşırıqları sadaladı
21:10 05.06.2025
Aprel döyüşləri zamanı aldığı tapşırıqları sadaladı
Tramp: ABŞ və Çin tezliklə ticarət razılaşmasını müzakirə edəcək
20:59 05.06.2025
Tramp: ABŞ və Çin tezliklə ticarət razılaşmasını müzakirə edəcək
Monteneqro lideri Azərbaycan Prezidentini təbrik edib
20:47 05.06.2025
Monteneqro lideri Azərbaycan Prezidentini təbrik edib
Bakı və Sumqayıtda oğurluq edən 3 nəfər saxlanıldı
20:39 05.06.2025
Bakı və Sumqayıtda oğurluq edən 3 nəfər saxlanıldı
Gəncədə 15 yaşlı yeniyetmə bıçaqlanıb, tanışı şübhəli bilinir
20:35 05.06.2025
Gəncədə 15 yaşlı yeniyetmə bıçaqlanıb, tanışı şübhəli bilinir
“150 ilin söhbəti” kitabı işıq üzü görüb
20:27 05.06.2025
“150 ilin söhbəti” kitabı işıq üzü görüb
Azərbaycan yenidən BMT-Turizmin İcraiyyə Şurasına üzv seçilib
20:19 05.06.2025
Azərbaycan yenidən BMT-Turizmin İcraiyyə Şurasına üzv seçilib
Aprelin 27-də keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub
20:05 05.06.2025
Aprelin 27-də keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub
Orban: Ukraynanın Aİ-yə üzvlüyü birliyə 2,5 trilyon avroya başa gələcək
19:49 05.06.2025
Orban: Ukraynanın Aİ-yə üzvlüyü birliyə 2,5 trilyon avroya başa gələcək
Ermənistan Brüsseldəki diplomatik missiyası üçün 4,3 milyon avroya yeni bina alacaq
19:35 05.06.2025
Ermənistan Brüsseldəki diplomatik missiyası üçün 4,3 milyon avroya yeni bina alacaq