Dövlətin Orduxanı, Emini olmalı…

Dövlətin Orduxanı, Emini olmalı…
SOSİAL
12:45 30.01.2019
3399
Jalə Mütəllimova
 
Bəzən belə olur, yazı yazmaq istəyirsən, baxırsan ki, yazacaqların ancaq suallardan ibarət olacaq. Nəyisə yazıb izah eləmək lazım deyil. Eləcə sualları yazmaq lazımdır. İlk  vacib sual budur:

Dövlətə lazımlı ADAM standartı hansıdır?

-Dövlətini sevən, vətəninə bağlı, milli ruhu olan birini düşünün. Xaricdə təhsil almaya da bilər, rus, ingilis dilini bilməmək də olar. Kastyumunun qatı şax olmasın, amma adam olsun, yaxşı adam. Heç saçı jeleli, qalstuku rəngarəng də olmasın. Eləcə insanlarla ünsiyyət qurmaq istedadı olsun. Lazım gələndə, sözünü deməyi, tələbini səsləndirməyi bilsin. Bir sözlə, tam şəxsiyyət olsun, natamam yox. Və lazım gələndə ucqar bir dağ kəndində sıravi insanlarla bir evdə, işıqsız, qazsız, sobasız, hətta bir qarın ac, bir qarın tox gün də keçirməyə dözsün. Bir sözlə ölkəsini, millətini hər şeydən çox önəmsəsin.

Yoxdurmu belə  adamlar?! Yoxdur, deyən olsa, "VARDIR!”, nidasını o qədər ucadan hayqırmaq lazım ki, niqti qurusun…

Deyilə bilər ki, yaxşı, standart bəlli oldu, adamlar da tapıldı, bəs onlar dövlətin piar işində necə istifadə ediləcək? Ümumiyyətlə, ediləcəkmi? Sözlərinin keçərlilik dərəcəsi olacaqmı? Görmək istədikləri iş üçün onlara şərait yaradılacaqmı? Onlara rəhbər təyin edilən insanın özü məsələlərdən nə qədər agah biri olacaq? Nə qədər piar və KİV-lərlə işləmək bacarığına sahib olacaq? Nə qədər ədalətli, vicdanlı olmağı bacaracaq? Ən vacibi, bu işlərdə istifadə edilən adamlarla bir müddətdən sonra necə davranılacaq?!..

Əslində bu sualların hamısına cavab var, amma o cavablarda çoxlu  xoş olmayan məqamlarla rastlaşacağıq detallara varsaq.  Bu yazıda isə hədəf giley-güzar deyil.  O zaman başqa bir sual. Prezident bu qədər fərman və sərəncam imzalayır, maraqlı islahatlar aprılır,  amma bütün bunlar sadə, anlaşılan dildə izah olunmur vətəndaşlara. Söhbət ondan getmir ki, kimsə rəsmi dövlət kanalına ildə-ayda bir dəfə bəlli verilişlərdə efirə çıxıb, rəsmi, ütülənmiş sözlər danışsın. Söhbət ondan gedir ki, hər şey daha sadələşdirilmiş olsun.

Məsələn, ləğv olunan dövlət qurumlarının işsiz qalan əməkdaşları haqda Prezident də, vitse-prezident də danışdı: Kimsə işsiz qalmayacaq!

Bu deyilənlər üzərindən sosiala yönəlik bir tok-şou hazırlamaq olardı, amma olmadı.

Ya da Bakı şəhəri üzrə notariusların ləğvi məsələsində və ya Prezidentin şəhid ailələri ilə görüşünü misal göstərmək olar. Nə isə deyiləcək, misal olacaq söhbətlər son dərəcə çoxdur. Efirlərimizdə isə üstünlüyü şou və xarici xəbərlər, manıslar, və şivəli aparıcılar təşkil edir hələlik.

Bəzən maliyyə problemləri üzündən bunu edə bilmədikləri barədə iddalara da rast gəlirik. Onda da sual olunur ki, bəs dövlətin təbliğatı, Prezidentin gördüyü işlərin piarı üçün necə vəsait qıtlığı ola bilər axı?!..

Diqqət çəkən daha bir məsələ ölkə başçısının, ailəsinin təhqir obyektinə çevirilməsidir. Orduxanlar, emillər  yetişdirirlər. Yəni qanı, canı bizdən olanları bizə qarşı formalaşdırırlar. Üst-ütə cəmi on ya on iki  beləsi var. Yenə sual olunur: Belələrinə sözlə və arqumentlə cavab verəcək heç olmasa eyni qədər bloggeri niyə yoxdur bu zamana qədər dövlətin?!..

Fərqi yoxdur bu gün dövlətin başında kim durur. Fərq etmir onu sevirsən, ya da sevmirsən, ola bilər ayrı siyasi ambisiyan belə var. Olsun, hələ ki, sən onun komandasındasan və ortada olan mənzərə də bu ki, aparılan söyüş kampaniyasında sənin liderini, Prezidentin, komandanın rəhbərini, onun ailəsini söyürlər. Başqa sözlə sənin böyüyünü söyürlər. Bəs niyə susursunuz?! Cənab millət vəkilləri, məmurlar və sair… Cavablar müxtəlifdir. Ya vəziyyət siyasi ambisiyanız üçün əlverişlidir, ya qorxacaq, ilişəcək yerləriniz var, ya da nəyinəzə lazım, sizi ki, söymürlər.

Beləcə hər məsələdə önə Azərbaycan Prezidenti özü bir addım atır Məsələn, Mehman olayının qarşısına çıxır. Şəhid ailələri ilə görüşür, ölkədə bir ilə qədərdir ajeotaj yaradan məsələnin araşdırıldığını, əlavə ödənişlər ediləcəyini, əlavə məlumat veriləcəyini deyir. Kürsüdən enir, bir şəhid anasının əlini tutur, ona sarı əyilir.

Yalanı yoxdur, dövlətə, onun maraqlarından çıxış edən Orduxan, Emil, Mehman lazımdır…

Hətta sovetlər dönəmində bunun üçün "Kirpi” jurnalını, "Mozalan”ı düşünmüşdülər. Ötən əsirdə Azərbaycan ziiyalıları "Molla Nəsrəddin”, "Əkinçi” nəşr edirdilər.  

Bəlkə kimsə düşünər ki, niyə məhz dövlət başçısına qarşı kampaniyanın dayandırılması zəruridir. Cavab çox sadədir, siyasi hədəf, odur, Prezident. Əgər onun nüfuzdan və gözdən salınması kampaniyasına qarşı çıxılmasa yad ideologiyalara qarşı mübarizə apara bilməyəcəyik. Başqa sözlə, ölkədə ve beynəlxalq aləmdə nufuzdan salınan liderlə heç bir hədəfə çatmaq olmaz. Bizi hədəfdən yayndırmaqlarına izn verməmək lazım.
OXŞAR XƏBƏRLƏR