DYP avtomobili “Mercedes”lə toqquşub: Ölən və yaralanan var

DYP avtomobili “Mercedes”lə toqquşub: Ölən və yaralanan var
SOSİAL
13:38 27.04.2017
3367

 

Ələt-Astara yolunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə yolun Salyan rayonundan keçən hissəsində qeydə alınıb.

Məlumata görə, Məmmədyarov Natiq Mehdi oğlunun idarə etdiyi DYP avtomobili ötmə əməliyyatı zamanı qarşıdan gələn "Mercedes” markalı avtomobillə toqquşub.

Hadisə zamanı beş nəfərin xəsarət aldığı və Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirildikləri bildirilir.

Məlumata görə, xəsarət alanlardan ikisi xəstəxanada ölüb.

///APa
OXŞAR XƏBƏRLƏR