DYP-dən sürücülərə MÜRACİƏT

DYP-dən sürücülərə MÜRACİƏT
SOSİAL
13:02 30.11.2021
496
"Nasaz avtomobil ən diqqətli və səriştəli sürücünü belə cinayət məsuliyyətinə cəlb etdirə bilər. Bunu hamı bilməlidir!”

Bunu "Report"a açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib.

O bildirib ki, yol hərəkəti təhlükəsizliyi məsələləri hər bir kəsin maraq dairəsindədir: "Çünki hamımız bu sistemin bir parçasıyıq, bir hissəmiz sürücü, digərlərimiz piyada, sərnişin və sair anlayışlarda hərəkətin iştirakçısıyıq. Sürücü üçün isə "Yol hərəkəti haqqında" qanununda digərlərindən fərqli olaraq, daha ciddi məsuliyyətlər müəyyən edib. Cəmiyyətin baş vermiş yol-nəqliyyat hadisələrinə münasibətdə "niyə bizdə sürücülər daha çox təqsirlidir” sualınında elə açıq cavabı "Yol hərəkəti haqqında" qanunun 36 və 37-ci maddələrinə baxsaq təfsilatı ilə başa düşəcəyik. Qanunda sürücüdən baş verən yol-nəqliyyat hadisəsindən yayınmaq üçün maksimum imkanlarını səfərbər edib yayınmalıdır kimi tələbinin olması sonrakı istintaq proseslərində bir çox sualların cavablandırılmasını tələb edir. Çünki bu tələb daha sonra hadisənin nəticəsindən (yəni xəsarətin az ağır və ya ağır dərəcəsi, eləcə də ölümlə nəticələnən yol nəqliyyat hadisələrində başlanılan cinayət işlərində) asılı olaraq prosessual şəxsin əsas suallardan birinə çevrilir.

Baş vermiş hadisənin səbəb-nəticə əlaqəsi müəyyən edildikdə "Yol hərəkəti haqqında" qanunun hansı tələbinin pozulması mütləq öyrənilir və sübutların qiymətləndirilməsində bu məsələ həlledici rol oynayır. Məsələni daha aydın formada mahiyyəti üzrə bilmək üçün belə izah edək. Deyək ki, sürücü baş verə biləcək hadisəyə adekvat reaksiya verdi və vaxtında "Yol hərəkəti haqqında" qanunun tələblərinə uyğun hərəkət etdi və beləliklə də hadisənin qarşısını almaq üçün bütün lazımi zəruri addımları atdı, lakin hadisənin qarşısını misal üçün əyləc sistemindəki nasazlıq ucbatından ala bilmədi. Səbəb kimi isə avtomobilinə avto-texniki ekspertizanın rəyi ilə texniki nasazlığın olması kimi ciddi sübutu təsdiq edən rəyin əlavə edilməsi oldu. Bu zaman sürücünün məsuliyyətsizliyi isə artıq "Yol hərəkəti Haqqında" qanunun 1 sayılı əlavəsində göstərilən nasazlıqların siyahısı üzrə müəyyən edilir. Sürücünün vaxtında aradan qaldırılmadığı texniki problemlərə görə məsuliyyət daşıyacağını isə bəzi sürücülərimiz hələ də mahiyyəti üzrə qiymətləndirmir. Bizim mütəmadi şəkildə etdiyimiz çağırışlara etinatsızlıq edən, DYP əməkdaşları tərəfindən aşkarlanan nöqsanlara müxtəlif bəhanələr gətirməklə qanunsuz hərəkətlərinə haqq qazandırmağa çalışanlarda xidmət zamanı ara-sıra rast gəlirik və bu reallığı onlara elə yolda da izah edirik”.

"Bir sözlə hər bir sürücümüz bilməlidir ki, nasaz avtomobillə törədilən qəza onu hər bir halda haqsız vəziyyətə salacaq. Buna görə də bütün sürücülər nəzər almalıdır ki, nasaz avtomobil ən diqqətli və səriştəli sürücünü belə cinayət məsuliyyətinə cəlb etdirə bilər. Bu, sadə reallığı isə bilmək birmənalı faydalıdır!

Yol hərəkəti təhlükəsizliyi məsələləri hər bir kəsin maraq dairəsindədir. Fürsətdən istifadə edib qış fəslinin texniki tələblərini nəzərə alıb mövsümi hazırlıqları, eləcə də avtomobilə gündəlik texniki qulluq etmək kimi ciddi məsuliyyətli tələbi diqqətdən kənar saxlamamağıda xahiş edirik. Taleyimizi dəyişdirə biləcək yalnışları qəzalardan öncə inzibati xəta kimi aşkarlayan Dövlət Yol Polisi əməkdaşlarına bəzən yersiz aqressiya göstərmək əvəzinə qanun və qaydaların mahiyyətini dərk etməklə gələcəkdə daha ağır məsuliyyətlərdən sığortalanmaq üçün əməl etməyi də vacib hesab edirik. Bir çox hallarda cərimə ödəməklə şəxs məsuliyyət hissini dərk edir və eyni növ xətanı etməməklə şüurlu şəkildə seçimini edir. Bəzən isə cərimə ödəmək belə insana qismət olmur. Hər kəsdən xahiş edirik ki, yollarda özümüzü və ətrafımızdakıları qorumaq üçün məsuliyyət hissini unutmayaq!”, - o vurğulayıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Birbank” tələbə təqaüd proqramının iki illik marafonu uğurla başa çatdı
15:06 28.08.2025
“Birbank” tələbə təqaüd proqramının iki illik marafonu uğurla başa çatdı
Sevginin planeti Venera, eşqin bürcü olan Şirə keçdi
15:06 28.08.2025
Sevginin planeti Venera, eşqin bürcü olan Şirə keçdi
E-kateqoriyalı sürücülər üçün yeni imkan: rəsmi maaş 2000 manat
14:45 28.08.2025
E-kateqoriyalı sürücülər üçün yeni imkan: rəsmi maaş 2000 manat
Azərbaycanlı deputatdan Zatulinə sərt cavab: "Sizin kimilər sərsəmləməkdə davam etsinlər"
14:38 28.08.2025
Azərbaycanlı deputatdan Zatulinə sərt cavab: "Sizin kimilər sərsəmləməkdə davam etsinlər"
Sabah 800-dən çox abonentin qazı kəsiləcək
14:29 28.08.2025
Sabah 800-dən çox abonentin qazı kəsiləcək
Türkiyədə əməliyyatlar nəticəsində minlərlə sintetik həb ələ keçirildi
14:26 28.08.2025
Türkiyədə əməliyyatlar nəticəsində minlərlə sintetik həb ələ keçirildi
Rusiyalı deputatdan Azərbaycan barədə sərsəm AÇIQLAMALAR
14:20 28.08.2025
Rusiyalı deputatdan Azərbaycan barədə sərsəm AÇIQLAMALAR
Paşinyan: Vaşinqton sənədləri üzrə müzakirələr sentyabrdan başlayacaq
13:57 28.08.2025
Paşinyan: Vaşinqton sənədləri üzrə müzakirələr sentyabrdan başlayacaq
Təhsil tələbə krediti almaq istəyənlərin - Nəzərinə!
13:53 28.08.2025
Təhsil tələbə krediti almaq istəyənlərin - Nəzərinə!
"14 saat qaldı"- Astroloqdan AÇIQLAMA
13:48 28.08.2025
"14 saat qaldı"- Astroloqdan AÇIQLAMA
Narkotikdən əziyyət çəkən azərbaycanlı aparıcı tanınmaz halda - FOTO
13:41 28.08.2025
Narkotikdən əziyyət çəkən azərbaycanlı aparıcı tanınmaz halda - FOTO
"Qarabağ"ın ÇL-nin əsas mərhələsinə çıxmasına görə qazandığı - Fantastik məbləğ
13:40 28.08.2025
"Qarabağ"ın ÇL-nin əsas mərhələsinə çıxmasına görə qazandığı - Fantastik məbləğ
Paşinyan Bayden administrasiyasını tənqid etdi
13:34 28.08.2025
Paşinyan Bayden administrasiyasını tənqid etdi
"İctimai nəqliyyatda tarif dəyişikliyi qaçılmaz ola bilər" - Qiymət artır?
13:22 28.08.2025
"İctimai nəqliyyatda tarif dəyişikliyi qaçılmaz ola bilər" - Qiymət artır?
Partlayış olan binanın sakinlərinə müvəqqəti yaşayış üçün kirayə haqqı ödəniləcək
13:10 28.08.2025
Partlayış olan binanın sakinlərinə müvəqqəti yaşayış üçün kirayə haqqı ödəniləcək
Baş nazir: Ermənistan vaxtı gələndə Aİ və Aİİ arasında seçim edəcək
13:07 28.08.2025
Baş nazir: Ermənistan vaxtı gələndə Aİ və Aİİ arasında seçim edəcək