DYP-də təmizləmə: Şöbə rəisi qüsurlarına görə işdən çıxarıldı

DYP-də təmizləmə: Şöbə rəisi qüsurlarına görə işdən çıxarıldı
SOSİAL
01:13 21.10.2016
1455

Şabran rayon Dövlət Yol Polisi (DYP) şöbəsinin rəisi tutduğu vəzifədən azad edilib.

Polis mayoru Söhbət Talıbov vəzifəsindən uzaqlaşdırılaraq sərəncama götürülüb.Onun müavini isə daxili işlər orqanlarından xaric edilib. Şabran rayon dövlət yol polisi rəhbərliyində edilən dəyişikliklərə səbəb kimi, onların vəzifələrini və qarşıya qoyulan tapşırıqların öhdəsindən layiqincə gəlməmələri göstərilir.Qeyd edək ki, bir müddət öncə Söhbət Talıbovun Şabran rayonunda gənclərlə mübahisə etməsi ilə bağlı məlumatlar yayılmışdı. (report)

OXŞAR XƏBƏRLƏR