DYP-də yeni cərimə: 200-300 manat

DYP-də yeni cərimə: 200-300 manat
SOSİAL
15:07 23.02.2017
24888
Polkovnik Vaqif Əsədov nəqliyyat vasitələrində ev heyvanlarının daşınmasında qəbul edilən qaydalara aydınlıq gətirib. 

"Yol hərəkəti haqqında” qanunvericiliyin tələblərinə riayət olunmaması ilə bağlı yol polisinin tətbiq etdiyi cərimələr sürücüləri narahat edir. Son günlər uşaqların maşında xüsusi oturacaqlarda oturması fonunda yaranan ajiotaj yol polisini də xeyli tədbirli olmağa vadar edib. Əvvəl mediaya "cərimələnəcək” sözü ilə yansıyan məlumat, sonradan yol polisinin "tövsiyəsi” kimi ifadə edildi. Amma yol polisinin daha hansı məsələdə sürücüləri cərimələyə biləcəyi barədə suallar bitmək bilmir. Məsələn, Sputnik Azərbaycan-a daxil olan oxucu məktubunda maraqlı bir məqama toxunulub — ev heyvanlarının maşında daşınmasına. Rafiq Süleymanov adlı oxucu yazıb:  "Mənim ovçarka növündən olan itim var. Hər gün onu gəzməyə və digər yerlərə maşınımda aparıram. Amma qaydaların necə olduğunu və hansı vəziyyətdə iti aparmalı olduğumu bilmirəm, cərimələri də həmçinin. Bu barədə heç yerdə bir məlumat tapa bilmirəm. Mənə və mənim kimi ev heyvanları olan vətəndaşlara qanunda bu məsələnin necə əksini tapdığını bilməkdə köməklik göstərmənizi xahiş edirəm”.

Sputnik Azərbaycan-ın əməkdaşı bu məsələni dəqiqləşdirmək üçün Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polkovnik Vaqif Əsədova müraciət edib. V.Əsədov xüsusi qaydalar olduğunu təsdiq edib: "İtlər maşında ağzı bağlı aparılmalıdır. Qaydalara riayət olunmalıdır. Bizdə ev heyvanları, xüsusilə it çox az saxlandığından və avtomobillərdə az daşındığından onlarla bağlı cərimələr hər dəfə tətbiq edilmir”.   Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Kamran Əliyev isə bildirib ki, bu məsələ qanunvericilikdə əksini tapıb: "Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 38 nömrəli qərarı var. Bu qərar əsasən Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və digər ev heyvanlarının saxlanılması qaydalarının təsdiq edilməsi haqqındadır. Qaydalar da bu qərara əsasən tənzimlənir. Burada 3-cü hissədə ev heyvanlarını saxlayan şəxslərin hüquqları bölməsində (3.1.3 bəndində) göstərilir ki, bu qaydaların 3.1.1 bəndinə riayət etməklə ev heyvanlarını su, hava və dəmir yol nəqliyyatından istifadə etməklə hər bir şəxsin aparmaq hüququ var. İtlər yalnız kiçik cilovda, iri cins itlər isə cilovda və ağızlıq taxılaraq məhəllələrdə gəzdirilə və nəqliyyat vasitəsində daşına bilər. İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulur ki, ev heyvanlarının nəqliyyat vasitələri ilə aparılması zamanı qaydalar pozularsa, bu  zaman heyvanın yiyəsi 200 manat cərimələnə bilər. Eyni qayda pozuntusu təkrarlanarsa, bu zaman 300 manat cərimə nəzərdə tutulur”.  Kamran Əliyev onu da qeyd edib ki, Azərbaycanda it saxlayanlar az olduğundan, bu, elə də diqqət çəkən məsələ deyil və cərimə də tətbiq edilmir. Amma zərurət yaranarsa, mütləq bu məsələyə də baxıla bilər. 
///Sputnik Azərbaycan
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Almaniyanın Baş Qərargah rəisi ordunu tam silahlandırmağı əmr edib
02:27 26.05.2025
Almaniyanın Baş Qərargah rəisi ordunu tam silahlandırmağı əmr edib
Ursula fon der Lyayen Trampla gömrük rüsumlarını müzakirə edib
01:22 26.05.2025
Ursula fon der Lyayen Trampla gömrük rüsumlarını müzakirə edib
Trampın xüsusi nümayəndəsi Rusiyanın Ukraynaya endirdiyi raket zərbələrinə münasibət bildirib
23:51 25.05.2025
Trampın xüsusi nümayəndəsi Rusiyanın Ukraynaya endirdiyi raket zərbələrinə münasibət bildirib
Yalçın Rəfiyev: Azərbaycan Afrika ölkələri ilə tərəfdaşlığını yüksək qiymətləndirir
23:33 25.05.2025
Yalçın Rəfiyev: Azərbaycan Afrika ölkələri ilə tərəfdaşlığını yüksək qiymətləndirir
Kilian Mbappe “Qızıl buts” mükafatını qazandı
23:29 25.05.2025
Kilian Mbappe “Qızıl buts” mükafatını qazandı
Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ - Hadisənin TƏFƏRRÜATI
23:16 25.05.2025
Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ - Hadisənin TƏFƏRRÜATI
KİV: Fransa iyunda Fələstini dövlət olaraq tanımağı planlaşdırır
23:10 25.05.2025
KİV: Fransa iyunda Fələstini dövlət olaraq tanımağı planlaşdırır
20 yaşlı qız dəm qazından zəhərləndi
22:50 25.05.2025
20 yaşlı qız dəm qazından zəhərləndi
Ağstafada kafedə bıçaqlanan 34 yaşlı kişinin vəziyyəti açıqlandı
22:44 25.05.2025
Ağstafada kafedə bıçaqlanan 34 yaşlı kişinin vəziyyəti açıqlandı
Rusiya MN: Ölkə ərazisində yeddi saat ərzində Ukraynaya məxsus 51 PUA vurulub
22:35 25.05.2025
Rusiya MN: Ölkə ərazisində yeddi saat ərzində Ukraynaya məxsus 51 PUA vurulub
“Putinin helikopterini vurmağa cəhd ediblər”
22:31 25.05.2025
“Putinin helikopterini vurmağa cəhd ediblər”
İsrail ordusu Qəzzada HƏMAS-ın dəniz komandosunun öldürüldüyünü bildirib
22:13 25.05.2025
İsrail ordusu Qəzzada HƏMAS-ın dəniz komandosunun öldürüldüyünü bildirib
Türkiyə Pakistanla enerji və müdafiə sahəsində əməkdaşlıq edəcək
22:04 25.05.2025
Türkiyə Pakistanla enerji və müdafiə sahəsində əməkdaşlıq edəcək
Dünya çempionatı: Bolqarıstan Slovakiyadan üstün oldu
21:58 25.05.2025
Dünya çempionatı: Bolqarıstan Slovakiyadan üstün oldu
Naxçıvanda yol qəzası nəticəsində 5 nəfər xəsarət alıb
21:44 25.05.2025
Naxçıvanda yol qəzası nəticəsində 5 nəfər xəsarət alıb
İspaniya İsrailə silah tədarükünə embarqonun tətbiqini dəstəkləyib
21:35 25.05.2025
İspaniya İsrailə silah tədarükünə embarqonun tətbiqini dəstəkləyib