DYP-də özünü yandırmaq istədi

DÜNYA
01:39 27.03.2015
1582
Moskvada Dövlət Yol Polisinin bölməsində bir nəfər özünü yandırmağa cəhd edib.Bu haqda paytaxt polisinin mətbuat xidməti xəbər verib."Bu gün Moskvanın Cənub dairəsinin Dövlət Yol Polisinin bölməsinə gələn kişi, üstünə yanar maye töküb və özünü yandırmağa çalışıb. Polis əməkdaşları bu vətəndaşı zərərsizləşdirib, təcili yardım briqadasını çağırıblar”, - deyə mətbuat xidmətindən bildirilib.Faktla bağlı paytaxt polisi araşdırmalara başlayıb.Qeyd edilir ki, kişi sərxoş vəziyyətdə olub və daha əvvəl sürücü hüquqlarından məhrum edilib.
OXŞAR XƏBƏRLƏR