DYP-dən müğənni Nəfəsin “kəmər taxmıram” deməsinə reaksiya - VİDEO

DYP-dən müğənni Nəfəsin “kəmər taxmıram” deməsinə reaksiya - VİDEO
MAQAZİN
15:33 31.03.2023
757
Müğənni efirdə yol hərəkəti qaydalarını pozduğunu etiraf edib.

Belə ki, ATV telekanalında yayımlanan verilişlərdən birində qonaq olan Nəfəs adı ilə tanınan müğənni sükan arxasına keçdiyi ilk gündən bu günə qədər təhlükəsizlik kəmərindən istifadə etmədiyini deyib.

O bildirib ki, təhlükəsizlik kəmərindən istifadə edə bilmir:

"Həqiqətən də maşına oturduğum ilk gündən bəri kəmər taxa bilmirəm. Həmişə polislər saxlayırlar. Doğurdan taxa bilmirəm. Bir gün bu dünyadan köçsəm, bilin ki, o kəmər üstündə köçmüşəm. Amma siz kəmər taxın”.

İctimai şəxsin efirdən bu cür çağırış etməsi mənfi nümunə hesab edildiyindən sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
AZXEBER.COM xəbər verir ki, məsələ ilə bağlı DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi polis mayoru Rövşən Tağıyev oxu.az-a açıqlamasında bildirib ki, bu və digər formada olan mənfi təbliğatın daim əleyhinə olub:

"Xüsusən cəmiyyətdə tanınan insanların öz nümunəvi hərəkətləri ilə fəaliyyətimizdə bizə daha çox dəstək olmalarını gözləyirik. Vəzifəsindən, qulluq mövqeyindən, əmlak vəziyyətindən asılı olmayaraq hər kəs qanun qarşısında bərabərdir və qanun hər kəsə şamil edilir. Qayda pozuntusu varsa, əlbəttə bunun məsuliyyəti də olacaq.

Heç bir bəhanə qayda pozmağa əsas gətirilə bilməz. Bəlkə kimlərsə öz həyat və sağlamlığına biganə yanaşa bilər, ancaq biz qurum olaraq o formada düşünənlər də daxil olmaqla hər kəsin həyat və sağlamlığına dəyər veririk və insanlarımızın yollarda xəsarət almamaları və həyatlarını itirməmələri üçün gecə-gündüz çalışırıq. Bu istiqamətdə də hər kəsdən kömək və dəstək gözləyirik”.
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Elxan Qaraxanoğlu “Manset.az”ı məhkəməyə verdi – İddiası rədd edildi
14:25 10.03.2026
Elxan Qaraxanoğlu “Manset.az”ı məhkəməyə verdi – İddiası rədd edildi
Bayram namazı nə vaxt qılınacaq?
14:15 10.03.2026
Bayram namazı nə vaxt qılınacaq?
Nərimanovda premium mənzillər faizsiz kreditlə: “City Garden Narimanov”da satış davam edir
14:07 10.03.2026
Nərimanovda premium mənzillər faizsiz kreditlə: “City Garden Narimanov”da satış davam edir
Tehran atəşkəsə qarşı çıxdı: "İsrail dərsini almalıdır"
14:00 10.03.2026
Tehran atəşkəsə qarşı çıxdı: "İsrail dərsini almalıdır"
Azərbaycanın İrana göndərdiyi humanitar yardım Astara sərhədindən yola salındı - VİDEO
13:53 10.03.2026
Azərbaycanın İrana göndərdiyi humanitar yardım Astara sərhədindən yola salındı - VİDEO
"Süleymansız yaşamağımın nə mənası var?" - Cığatel İsaqızı
13:50 10.03.2026
"Süleymansız yaşamağımın nə mənası var?" - Cığatel İsaqızı
“Hörmüz boğazı bağlı qalsa, 2015-ci ildəki yüksək neft qiymətlərini yenidən görə bilərik” – Ekspert
13:35 10.03.2026
“Hörmüz boğazı bağlı qalsa, 2015-ci ildəki yüksək neft qiymətlərini yenidən görə bilərik” – Ekspert
Bayrama görə pensiyalar bu tarixdə tam şəkildə ÖDƏNİLƏCƏK
13:28 10.03.2026
Bayrama görə pensiyalar bu tarixdə tam şəkildə ÖDƏNİLƏCƏK
ABŞ və İsrailin mümkün planı: "İrana quru əməliyyat keçirilsə, faciə baş verə bilər"
13:17 10.03.2026
ABŞ və İsrailin mümkün planı: "İrana quru əməliyyat keçirilsə, faciə baş verə bilər"
Aygün Kazımova "Nərgiz" jurnalının üz qabığında - Fotolar
13:16 10.03.2026
Aygün Kazımova "Nərgiz" jurnalının üz qabığında - Fotolar
"Xanəndələrin bəziləri mahnı oxuya bilmir" - Əməkdar artist
13:11 10.03.2026
"Xanəndələrin bəziləri mahnı oxuya bilmir" - Əməkdar artist
Məhkəmədən Rəqsanə İsmayılova barəsində YENİ QƏRAR
13:06 10.03.2026
Məhkəmədən Rəqsanə İsmayılova barəsində YENİ QƏRAR
Medianın İnkişafı Agentliyinin yeni Nizamnaməsi hazırlanacaq
13:03 10.03.2026
Medianın İnkişafı Agentliyinin yeni Nizamnaməsi hazırlanacaq
Rusiyada hicabla bağlı bu qadağa ləğv olundu
12:58 10.03.2026
Rusiyada hicabla bağlı bu qadağa ləğv olundu
Lerikdə 20 kiloqram narkotik vasitə aşkarlandı
12:48 10.03.2026
Lerikdə 20 kiloqram narkotik vasitə aşkarlandı
Prezident Naxçıvanın Konstitusiyasına dəyişiklikləri təsdiqlədi
12:40 10.03.2026
Prezident Naxçıvanın Konstitusiyasına dəyişiklikləri təsdiqlədi