DYP ilə mətbuat arasındakı savaşda Vaqif Əsədov izi… – TƏFƏRRÜAT

DYP ilə mətbuat arasındakı savaşda Vaqif Əsədov izi… –  TƏFƏRRÜAT
SİYASƏT
13:12 02.12.2015
6311

Və ya şöbə müdirinin ürəyində qalan müavinlik sevdası…

Son aylar DYP ilə bağlı mətbuatda yayılan informasiyalarda oxşar bir hal ortaya çıxır. Bu oxşarlıq təkcə yazılan xəbərlərin mahiyyətcə eyni olması deyil, eyni zamanda yazılanlara cavab olaraq qarşı tərəf kimi idarənin bölmə rəisi Vaqif Əsədovun səssiz qalmasıdır. Müxtəlif dövürlərdə qurum haqqında yazılan hansısa neqativ xəbərin ardından bir göz qırpımında ortaya çıxan Vaqif Əsədovu indi şamla axtarsaq da tapmaq müşkülə çevrilib.

DYP ilə bağlı neqativ xəbərlərdə sonda “DYP sözcüsü Vaqif Əsədovla əlaqə yarada bilmədik”, “Vaqif Əsədov telefonlarımıza cavab vermədi” və ya “Vaqif Əsədovun əlaqə telefonları söndürülüb” kimi cümlələr daha çox gözə dəyməyə başlayıb. Elə bu yazı hazırlanarkən də Vaqif Əsədovu tapmaq mümkün olmadı.

AZXEBER.COM-a bunun səbəblərinə aid ilginc məlumatlar daxil olub.

Polis polkovnikini küsdürən ilginc səbəb

Xatırlayırsınızsa, bir il bundan öncə Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimai qurumlarla əlaqə bölməsinin rəisi Vaqif Əsədovun nazir Ramil Usubovun əmri ilə polis polkovniki rütbəsi almışdı. Şöbə rəisi rütbəsinin artmasından sonra mətbuatla əlaqələri daha da genişlndirərək onu bu səviyyəyə çatdıran jurnalistlərlə daha sıx münasibət qurmağa çalışırdı.

Təbii ki, jurnalistlərin müxtəlif vaxtlarda kiçik xahişlərini yerinə yetirməklə onlarla qarşılıqlı əməkdaşlıq içərisində olan V.Əsədov bu imkandan istifadə edib rəhbərlik yanında müxtəlif öhdəliklər də götürürdü. Əsasən “reket” jurnalistlərin son illər DYP-nin ən yüksək rütbəli məmurları ilə bağlı yazılan yazılarının çıxardılması üçün xüsusi səylər göstərir, canfəşanlıq nümayiş etdirirdi. Bu məqsədlə mətbuatda DYP-nin imici üçün işlər görən V.Əsədov qurumun tam obyektiv fəaliyyət göstərdiyini nümayiş etdirirdi. O hətda öz qızının belə yol polisi tərəfindən saxlanıldığını və heç kimin xahişinin bu qurumda keçmədiyini göstərməyə ciddi cəhdlə çalışırdı.

Mənbənin məlumatına görə, şöbə müdirinin bütün bunları etməsində ən əsas məqsədi Ramiz Zeynalova daha yaxın olmaq istəyi olub.

Ancaq Ramil Usubovun Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsində etdiyi kadr dəyişikliyi onun arzusunu ürəyində qoyub.

Dəyişikliyə görə, Ramil Usubov baş nazirin birinci müavini Yaqub Eyyubovun oğlu Fərhad Eyyubovun vəzifəsini yüksəldərək onu idarə rəisinin ikinci müavini təyin edir.

İdarə rəisinin müavini statusuna iddialı olan Vaqif Əsədovun təyinat gözlədiyi bir zamanda belə bir halla üzləşməsi onu tamamilə küsdürüb. Və bu prinsiplə iş fəaliyyətini davam etdirən V.Əsədov mətbuatda DYP ilə bağlı gedən heç bir neqativ yazıya müdaxilə etməməyə qərara alıb.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
00:48 15.03.2026
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
00:36 15.03.2026
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
00:21 15.03.2026
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
00:08 15.03.2026
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
23:56 14.03.2026
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
23:53 14.03.2026
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
23:39 14.03.2026
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
23:21 14.03.2026
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
Daha bir general öldürüldü
23:12 14.03.2026
Daha bir general öldürüldü
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”
23:07 14.03.2026
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”
Hakan Fidan İrandan atılan raketlərlə bağlı insidentləri şərh etdi
23:04 14.03.2026
Hakan Fidan İrandan atılan raketlərlə bağlı insidentləri şərh etdi
Raket zərbələri nəticəsində İsfahanda fabrikdə 15 nəfər ölüb
22:54 14.03.2026
Raket zərbələri nəticəsində İsfahanda fabrikdə 15 nəfər ölüb
Pensiya sistemində böyük dəyişikliklər gözlənilir: Yığılan pulla ev almaq və biznes qurmaq mümkün ola bilər
22:49 14.03.2026
Pensiya sistemində böyük dəyişikliklər gözlənilir: Yığılan pulla ev almaq və biznes qurmaq mümkün ola bilər
Moskvada mobil internet kəsilib
22:24 14.03.2026
Moskvada mobil internet kəsilib
Bayram öncəsi bazarlarda son qiymətlər - VİDEO
22:13 14.03.2026
Bayram öncəsi bazarlarda son qiymətlər - VİDEO
38 yaşlı qadın dəm qazından zəhərlənərək öldü
21:59 14.03.2026
38 yaşlı qadın dəm qazından zəhərlənərək öldü