DYP Sumqayıtda bir ailənin ölümü ilə nəticələnən qəzanın ilkin səbəblərini AÇIQLADI

DYP Sumqayıtda bir ailənin ölümü ilə nəticələnən qəzanın ilkin səbəblərini AÇIQLADI
SOSİAL
20:59 20.02.2022
402
Dövlət Yol Polisi İdarəsi ötən həftə Sumqayıtda üç nəfərin ölümü ilə nəticələnən yol qəzasının ilkin səbəbini açıqlayıb.

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, idarənin şöbə rəisi polis polkovnik-leytenantı Namidan Piriyev qəzaya əsas səbəb sürət həddinin yüksək olmasıdır:

"Düzdür, Bakı - Quba yolunun bəzi hissələrində nahamarlıqlar var. Məhz bu səbəbdən həmin yolda sürət həddi 110 km saatdan 90 km saata endirilib. Hətta bəzi yerlərdə daha aşağı sürət həddi müəyyən edilib. Məlumdur ki, yolda təmir işləri davam edir. Bu, bir günə, bir aya həll olunası məsələ deyil. Lakin bu müddət ərzində sürücülər xüsusilə diqqətli olmalıdır. Qanunvericilikdə də göstərilir ki, sürücü yolun vəziyyətini, hərəkət şəraitini nəzərə alaraq ona uyğun sürət həddi seçməlidir."

"Həmin qəzada bir sıra digər amillər də var. Belə ki, qəzaya düşən şəxslərin yaxınları vəfat etdiyi üçün tələsik yola çıxıblar. Ailənin vəziyyəti, həm stress və həyacan, həm də yüksək sürət həddi qəzanın baş verməsinə təsir göstərib. Təhlükəsizlik kəmərinin taxılmaması da hadisənin nəticəsini ağırlaşdırıb. Təbii ki, bunlar hamısı ilkin ehtimallardır, hadisə ilə bağlı hələ istintaq gedir. Yol polisi dəfələrlə sürücülərə müraciət edərək mənzil başına tez yox, sağ-salamat çatmaq üçün qaydalara riayət etməyə çağırıb. Bir daha bildiririk ki, ilk növbədə özümüzün və yaxınlarımızın həyatını düşünərək addım atmalıyıq" – o vurğulayıb.

Qeyd edək ki, fevralın 17-də təxminən saat 17:17 radələrində Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi ərazisindən keçən 43-cü km-də Bakı şəhər sakini 1985-ci il təvəllüdlü Əliyev Seymur Fikrət oğlu "Mercedes-Benz E320” markalı 90-TF-497 dövlət qeydiyyat nişanlı avtomobillə Quba rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və metal konstruksiyalı arakəsməyə dəyərək avtomobili aşırıb.

Qəza nəticəsində sürücü S.Əliyev və sərnişinləri – həyat yoldaşı 1999-cu il təvəllüdlü Ələkbərova Fidan Mövsüm qızı və övladı 2021-ci il təvəllüdlü Əliyev Həmzə Seymur oğlu ölüblər.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Xatırladaq ki, yol-nəqliyyat hadisəsi zamanı həyatını itirən şəxslər həmin gün Qusar rayonunda dəm qazından zəhərlənərək ölən beş nəfərdən ibarət ailənin yaxın qohumlarıdır və məlum səbəbə görə rayon istiqamətində tələsik yola düşüblər.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Efiopiyanın Baş naziri İlham Əliyevə zəng etdi
19:48 07.03.2026
Efiopiyanın Baş naziri İlham Əliyevə zəng etdi
Ərdoğan TDT XİN rəhbərlərini qəbul edib
19:34 07.03.2026
Ərdoğan TDT XİN rəhbərlərini qəbul edib
Ramazanın 18-ci gününün duası - İmsak və iftar vaxtı
19:17 07.03.2026
Ramazanın 18-ci gününün duası - İmsak və iftar vaxtı
DMA: Azərbaycan və Türkiyəyə qarşı sosial mediada qarayaxma kampaniyası aparılır
19:13 07.03.2026
DMA: Azərbaycan və Türkiyəyə qarşı sosial mediada qarayaxma kampaniyası aparılır
“Kimsə yuxarıdan dedi ki, “bizi vurdular” - Dron hücumunda yaralanan - Video
18:56 07.03.2026
“Kimsə yuxarıdan dedi ki, “bizi vurdular” - Dron hücumunda yaralanan - Video
Liviya Dövləti Prezident Şurasının Sədri İranın Naxçıvana hücumlarını qınayıb
18:48 07.03.2026
Liviya Dövləti Prezident Şurasının Sədri İranın Naxçıvana hücumlarını qınayıb
Bakı metrosunda cibgirlik edən saxlanıldı
18:39 07.03.2026
Bakı metrosunda cibgirlik edən saxlanıldı
İran İsrail istiqamətində yeni raketlər buraxdığını elan etdi
18:20 07.03.2026
İran İsrail istiqamətində yeni raketlər buraxdığını elan etdi
Erməni əsirliyindən xilas olunan əsgər Bakıda dalaşdı - Cinayət işi açıldı
18:12 07.03.2026
Erməni əsirliyindən xilas olunan əsgər Bakıda dalaşdı - Cinayət işi açıldı
Ərdoğan Birləşmiş Krallığın Baş naziri ilə bölgədəki vəziyyəti müzakirə edib
17:53 07.03.2026
Ərdoğan Birləşmiş Krallığın Baş naziri ilə bölgədəki vəziyyəti müzakirə edib
Türkiyə Şimali Kiprə F-16-ların yerləşdirilməsini nəzərdən keçirir
17:47 07.03.2026
Türkiyə Şimali Kiprə F-16-ların yerləşdirilməsini nəzərdən keçirir
Azərbaycan və Özbəkistan XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
17:43 07.03.2026
Azərbaycan və Özbəkistan XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Ceyhun Bayramov TDT Baş katibi ilə İranın dron hücumlarını müzakirə edib
17:21 07.03.2026
Ceyhun Bayramov TDT Baş katibi ilə İranın dron hücumlarını müzakirə edib
Bayram Beqay Prezident İlham Əliyevə zəng edib, İranın dron hücumunu qınayıb
16:54 07.03.2026
Bayram Beqay Prezident İlham Əliyevə zəng edib, İranın dron hücumunu qınayıb
XİN Yaxın Şərqdən təxliyə ilə bağlı məlumat yayıb
16:41 07.03.2026
XİN Yaxın Şərqdən təxliyə ilə bağlı məlumat yayıb
Azərbaycan və Türkiyə XİN başçıları İstanbulda görüşüb
16:37 07.03.2026
Azərbaycan və Türkiyə XİN başçıları İstanbulda görüşüb