DYP sürücülərə və piyadalara xəbərdarlıq etdi

DYP sürücülərə və piyadalara xəbərdarlıq etdi
SOSİAL
14:03 16.02.2017
771

 

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi (BŞBPİ DYPİ) qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar sürücülərə xəbərdarlıq edib.

DYP-nin İctimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov "Report”a bildirib ki, hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar paytaxt sakinlərinə mümkün qədər ictimai nəqliyyat vasitələrinə üstünlük vermələri tövsiyə olunur.

O vurğulayıb ki, sürücülər avtomobillərini tam saz vəziyyətə gətirib idarə etməlidir: "Yəni, şinlər hava təzyiqi normasında olmalı, təkər şinləri mövsümə uyğun olmalıdır. Bundan başqa, sürücülər sürət həddini minumum seçməli, avtomobillərlə ara məsafəsi maksimum saxlanılmalıdır. Avtomobilin hərəkəti və dayandırılması sürətlər qutusunun hesabına aparılmalıdır. Hava şəraiti və yolda sürüşmə yarandığı təqdirdə yol-nəqliyyat hadisəsi baş verərsə, bu qəzanı törədən sürücünü məsuliyyətdən azad etmir. Həmin sürücülərə inzibati protokol tərtib ediləcək. Eyni zamanda, sürücülər dövlət qeydiyyat nömrəsini, o cümlədən ön və arxa işıqlarının görünməsini təmin etmədikdə məsuliyyətə cəlb ediləcək”.

V.Əsədov bildirib ki, piyadalar da hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar ehtiyatlı olmalıdır: "Qarlı havada da piyadalar nəzərdə tutulan keçidlərdən istifadə etməlidirlər”.

Qeyd edək ki, hazırda paytaxtın Yasamal rayonu və 3-cü kənar dairəvi yolunda qar asfalt qatının üzərini örtüb. Buna görə də sözügedən yollarda sürət həddi aşağı salınıb.


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Zakir İbrahimov nazir təyin olunur?
16:41 12.08.2025
Zakir İbrahimov nazir təyin olunur?
Milyonluq reklam gəlirləri, 90 minlik cərimə: Blogerlər vergiyə necə cəlb olunur? - ARAŞDIRMA
16:09 12.08.2025
Milyonluq reklam gəlirləri, 90 minlik cərimə: Blogerlər vergiyə necə cəlb olunur? - ARAŞDIRMA
“Donald Tramp Nobel Sülh Mükafatına layiqdir” - Deputat
16:07 12.08.2025
“Donald Tramp Nobel Sülh Mükafatına layiqdir” - Deputat
Azərbaycanda fəaliyyət göstərən dini konfessiya rəhbərləri Prezidentə müraciət ünvanlayıblar
15:49 12.08.2025
Azərbaycanda fəaliyyət göstərən dini konfessiya rəhbərləri Prezidentə müraciət ünvanlayıblar
"Heç nəyin yoxdur" dedilər - Xəstəxanadan çıxarkən ürəyi dayandı
15:38 12.08.2025
"Heç nəyin yoxdur" dedilər - Xəstəxanadan çıxarkən ürəyi dayandı
MİQ üzrə vakansiya seçimi mərhələsinin nəticələri elan edilib
15:29 12.08.2025
MİQ üzrə vakansiya seçimi mərhələsinin nəticələri elan edilib
Qarabağ Universiteti 7-ci Türkoloji Yay Məktəbinə ev sahibliyi edir - FOTOLAR
15:21 12.08.2025
Qarabağ Universiteti 7-ci Türkoloji Yay Məktəbinə ev sahibliyi edir - FOTOLAR
"Muğam" müsabiqəsinin finalı Laçında keçiriləcək
15:16 12.08.2025
"Muğam" müsabiqəsinin finalı Laçında keçiriləcək
Azərbaycanda problemli kreditlərin yarıdan çoxu Beynəlxalq Bankın payına düşür
15:11 12.08.2025
Azərbaycanda problemli kreditlərin yarıdan çoxu Beynəlxalq Bankın payına düşür
İki mindən artıq müəllim sertifikasiya imtahanında keçid balını toplamadı
15:04 12.08.2025
İki mindən artıq müəllim sertifikasiya imtahanında keçid balını toplamadı
İndoneziyada vulkan püskürdü, ardınca da zəlzələ oldu
14:45 12.08.2025
İndoneziyada vulkan püskürdü, ardınca da zəlzələ oldu
Leysan Məmmədov barəsində yayılan xəbərlərdən danışmaq istəmədi
14:38 12.08.2025
Leysan Məmmədov barəsində yayılan xəbərlərdən danışmaq istəmədi
Astroloq: Bu gündən etibarən Merkuri retrosu bitdi
14:34 12.08.2025
Astroloq: Bu gündən etibarən Merkuri retrosu bitdi
Ukrayna Rusiyanın helium müəssisəsini vurdu - Raket və kosmik sənayesi iflic ola bilər
14:21 12.08.2025
Ukrayna Rusiyanın helium müəssisəsini vurdu - Raket və kosmik sənayesi iflic ola bilər
75 minə yaxın müəllim əməkhaqlarını əlavələrlə alacaq
14:14 12.08.2025
75 minə yaxın müəllim əməkhaqlarını əlavələrlə alacaq
Müəllimlərin sertifikasiyasının müsahibə mərhələsinin keçiriləcəyi tarix məlum olub
14:07 12.08.2025
Müəllimlərin sertifikasiyasının müsahibə mərhələsinin keçiriləcəyi tarix məlum olub