DYP talassemiyadan əziyyət çəkən uşaqlar üçün qanvermə aksiyası keçirib

DYP talassemiyadan əziyyət çəkən uşaqlar üçün qanvermə aksiyası keçirib
SOSİAL
12:15 01.04.2023
165

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsində talassemiyadan əziyyət çəkən uşaqlara qayğı məqsədilə qanvermə aksiyası keçirilib.

İdarədən AZXEBER.COM-a verilən məlumata görə, aksiyada şəxsi heyət yüksək həvəslə və könüllü olaraq iştirak ediblər.

Qeyd edək ki, yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlərin müalicəsində istifadə olunacaq.

OXŞAR XƏBƏRLƏR