Döyülən türk hakim onu ziyarətə gələn klub heyətini qəbul etmədi

İDMAN
11:12 13.12.2023
216
Xəbər verdiyimiz kimi, iki gün öncə "Ankaragücü" və "Rizespor" matçının son anlarında matçın baş hakimi Halil Umut Meler "Ankaragücü"nün prezidenti "Ankaragücü"nün prezidenti Faruk Koca tərəfindən döyülüb.
 
Matçdan dərhal sonra hakim xəstəxanaya yerləşdirilib. Onun yanaq sümüyündə çat aşkarlanıb.
 
Klubun prezidenti isə polis tərəfindən saxlanılaraq həbs edilib.
 
"Ankaragücü" prezidentinin köməkçisi və idarə heyəti üzvləri xəstəxanada baş hakim Halil Umut Meleri ziyarətə getib.
 
Lakin Meler onu ziyarətə gələn heyəti qəbul etməyib.
 
Mikayıl

OXŞAR XƏBƏRLƏR