Uşaqlara qarşı Ağdamda baş verən zorakılıq hadisəsi ictimaiyyətdə böyük narahatlıq yaradıb. Daha əvvəl məlumat verdiyimiz kimi, iki azyaşlı övladını döyən ata saxlanılıb, ağır xəsarət alan uşaqlar isə hazırda xəstəxanada müalicə olunurlar.
AZXEBER.COM xəbər verir ki, "Qafqazinfo”nun əldə etdiyi məlumata görə, ana, Rəhimova Sevinc Telman qızı üçüncü övladına hamilədir.
Azyaşlıların atası Sadiq Rəhimov isə daha çox "TikTok”da etdiyi paylaşımlarla diqqət çəkir. Belə ki, onun sosial şəbəkədə paylaşdığı qəribə paylaşımlar izləyicilər tərəfindən də birmənalı qarşılanmır.
Fotoda: Sadiq Rəhimov
Əldə etdiyimiz digər məlumata görə, hazırda uşaqların sənədləri hazırlanır və azyaşlılar müalicə və müayinələri bitdikdən sonra körpələr evinə yerləşdiriləcək.
Əqli qüsurlu olduğu deyilən hər iki valideyn körpənin bədəninin bir neçə hissəsini dişləyərək xəsarət yetiriblər. Uşaq müalicə olunduqdan sonra körpələr evində himayəyə götürülüb, lakin sonradan valideynlərinə qaytarılıb.
Bu gün Ziya Əmirxanlı ailənin yaşadığı evə gedilib.Lakin qapı bağlı olub və evdə adam olmayıb.
Həmin ailənin qonşusu Vaqif Quliyev hadisə haqda danışarkən bildirib ki, uşaqlar daha öncə də dəfələrlə döyülüb, hamamda soyuq su ilə çimizdirilib: "Oğlan əqli qüsurlu idi. Dünən axşam da həyətdə uşağı şillə ilə döyürdü. Qapıları bağlı idi, içəri girib mane ola bilmədim. Sonra qorxularından evə girdilər. Uşaqlara zülm veriblər. Soyuq su ilə çimizdiriblər, gözümlə görmüşəm. Uşaq da ağlayırdı. Dəfələrlə demişdim ki, bu uşaqlara belə zülm verməyin”.
Həmin məkandan çəkilən görüntüləri təqdim edirik: