Döyüş bölgəsində tapılan erməni meyitlərinin sayı 1 371-ə çatdı

Döyüş bölgəsində tapılan erməni meyitlərinin sayı 1 371-ə çatdı
SİYASƏT
11:53 11.02.2021
595
Azərbaycanın işğaldan azad edilən ərazilərində zərərsizləşdirilmiş daha 4 erməni hərbçinin meyiti tapılıb.

AZXEBER.COM Report-a istinadən xəbər verir ki, bu barədə qondarma rejimin "Fövqəladə Vəziyyət üzrə Dövlət Xidməti”ndən bildirilib.

Meyitlər işğaldan azad olunan Füzuli rayonunda aşkarlanıb.

Meyitlər tanınmaz halda olduğu üçün kimliklərini müəyyənləşdirmək mümkün olmayıb. Ona görə də məhkəmə-tibbi ekspertizası təyin olunub.

Axtarış işləri bu gün Hadrut istiqamətində davam etdiriləcək.

Qeyd edək ki, indiyədək döyüş bölgəsindən 1 371 erməninin qalıqları aşkarlanıb.
OXŞAR XƏBƏRLƏR