E-Hökumət – zamanın tələbini necə yerinə yetiririk?

E-Hökumət – zamanın tələbini necə yerinə yetiririk?
SOSİAL
13:38 25.07.2021
502
E-Hökumət – zamanın tələbi

Qloballaşan dünyada ölkələrarası münasibətlərin yeni inkişaf səviyyəsinin müəyyən edilməsi bu ölkələrin üzv olduğu təşkilatların tələblərinə uyğun şəkildə dövlətlə vətəndaş arasında ünsiyyətin qurulmasını özündə ehtva edir və bu, informasiya və kommmunikasiya texnologiyaları vasitəsilə həyata keçirilir.

Dövlətlə vətəndaş arasında ünsiyyətin inkişaf etdirilməsi, vətəndaş problemlərinin həll edilməsinin obyektiv və vaxt itkisi olmadan həyata keçirilməsi, ən önəmlisi isə demokratik tələblərə uyğun dövlət quruculuğu siyasətinin formalaşdırılması baxımından elektron hökumətin tətbiqi böyük önəm daşıyır.

"Elektron hökumət” (e-Hökumət; ing. – e-Government) müasir dövrün tələbi olmaqla yanaşı, dövlət tərəfindən vətəndaşlara göstərilən xidmətlərin elektron formada həyata keçirilməsi mahiyyətini daşıyır. E-Hökumət ilə dövlət tərəfindən təklif edilən xidmətlərin vətəndaşlara sürətli, keyfiyyətli, kəsintisiz və təhlükəsiz formada çatıdırılması qarşıya qoyulmuşdur. Dövrün tələbi kimi dəyərləndirilən e-Hökumət bürokratik və klassik dövlət anlayışından tamamilə fərqlənir, vətəndaşların dövlət xidmətlərinə çıxışının vasitəsiz təmin edilməsi ilə daha yaxşı dövlət stukturu qurulmasının önünü açır.

E-Hökumət bizə nə verir?

E-Hökumət anlayışından danışarkən bu birləşmənin "e” deyil, "hökumət” tərəfindən bəhs etmək daha məqsədəuyğundur. Çünki birləşmənin ikinci tərəfi özündə şirkət, qurum və vətəndaş ünsürlərini barındırır ki, bunlar da ümumilikdə e-Hökumətin formalaşmdırılması üçün əsas faktorlardır. E-Hökumətin təklif etdiyi xidmətin təməlində də məhz bu anlayışlardan qaynaqlanan 3 fərqli istiqamət mövcuddur:

Hökumətdən hökumətə (və ya dövlətdən dövlətə); Hökumətdən vətəndaşa; Hökumətdən biznesə.

E-Hökumətin tətbiqi dövlət-vətəndaş münasibətlərinə yeni anlam qazandırır, dövlət şəffaflığını təmin edir, vətəndaş müraciətlərinin saxta bürokratik maneələrlə əngəllənməsinin qarşısını alır.

Biznes layihələrinin həyata keçirilməsində şəffalığın təmin edilməsi baxımından da e-Hökumət önəm kəsb edir.

E-Hökumət dövlətə nə qazandırır?

Qloballaşan dünyanın sürətlə inkişaf etdiyi bir dönəmdə Azərbaycanın bu inkişaf xəttinə qatılmasında e-Hökumət önəmli rol oynayır. İnkişaf etmiş texnologiyalardan istifadə, bu texnologiyaların vətəndaşlar üçün əlçatanlığının təmin edilməsi və yeni strukturlu dövlət anlayışının qurulması məhz e-Hökumətin tətbiqi ilə mümkündür.

Ölkəmizdə e-Hökumətin formalaşdırlması prosesinin hüquqi bazası prezident İlham Əliyevin "Azərbaycan Respubikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramının” təsdiq edilməsi haqqında Sərəncamı və "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanı ilə yaradılıb.

Sərəncam və Fərmandan irəli gələn məsələlərin həyata keçirilməsi istiqamətində keçən 10 il ərzində ciddi işlər görülmüş, beynəlxalq təcrübənin tətbiqi ilə e-Hökumətin formalaşdırılmasının yeni keyfiyyətləri üzə çıxarılmışdır.

E-Hökumətin tətbiqi dövlət tərəfdən də xüsusi önəm ərz edir. Belə ki, sözügedən layihə ilə dövlətin şəffalaşdırılması, sürətli və təsirliliyinin artırılması, vətəndaş idarəetməsinin təşkil edilməsi, dövlət orqanları arasında əlaqələrin genişləndirilməsi və müvafiq şəxslərin qərar vermə prosesinin sürətləndirilməsi təmin edilir.

Ölkəmizdə də "Elekron hökumət”in tətbiq edilməsilə texnoloji yeniliklərdən istifadə səviyyəsinin yüksəldilməsi, dövlət orqanlarının işinin səmərəliliyinin artırılması, xidmətlərin yerinə yetirilməsi prosesinin sadələşdirilməsi, təqdim olunan bilgilərin etibarlılığının, tamlığının təmin edilməsi, vaxt itkisinin qarşısının alınması və vətəndaşların bu xidmətlərdən ölkə üzrə yararlana bilməsi üçün səylərin maksimum artırılması kimi müddəalar yerinə yetirilmişdir.

E-Hökumət beynəlxalq təcrübədə

Dünyada e-Hökumət təbiqləri ilk olaraq yerli idarəetmədə özünü gstərmiş, daha sonra ölkələr üzrə yayğınlaşmağa başalmışdır. Hazırda inkişaf etmiş ölkələrələ yanaşı, inkişaf etməkdə olan ölkələrdə də e-Hökumətə önəm verilir.

E-Hökumət dünya ölkələrində iki səbəbə görə həyata keçirilir. Birinci qrup ölkələr bununla korrpusiyaya qarşı mübarizə aparır. E-Hökumətin tətbiq edildiyi ikinci qrup ölkələrdə isə məqsəd vətəndaşların yüksək texnologiyaya sahib olmalarının təmin edilməsidir. Bu da inkişaf etmiş ölkələrə uyğun gəlir.

E-Hökumətlə bağlı ən güvənli ölçü Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən həyata keçirilir. Təşkilatın iki ildən bir yayımladığı "Elektron Hökumətin İnkişafı İndeksi” dünya ölkələrində e-Hökumətin tətbiqini onlayn xidmət, telekommunikasiya infrastrukturu və insan resursları punktları ilə dəyərləndirir. 193 ölkəni əhatə edən sorğunun sonuncusu isə 2020-ci ildə yayımlanıb.  Sorğuya görə, 2018 hesabatında da ilk sırada qərarlaşan Danimarka iki il sonra da yerinə qoruyub. 2018-ci ildə 18-ci sırada yer alan Lüksemburq 2020-ci ildə ilk iyirmiliyə girə biməyib. Litva, Cənubi Kipr və Estoniya isə sıralamada ən çox irəliləyiş əldə edən ölkələr sırasına daxil olub.

"Elektron Hökumətin İnkişafı İndeksi” üzrə Azərbaycanın 69 ölkə arasından 13-cü yerdə qərarlaşdığı müəyyən edilib. Azərbaycan reytinqdə 2018-ci ilə nisbətən öz indeksini 5 bal artıraraq 71 bala qədər yüksəldib və dünya üzrə orta göstəricini 11 bal üstələməyə nail olub.

BMT-nin hazırladığı sorğudan da aydın olduğu üzrə Azərbaycan xidmətlərin elektronlaşdırılması sahəsində inkişaf etmiş ölkələrlə ayaqlaşır.

Biz nələrə diqqət etməliyik

E-Hökumətin reallaşdırlması üçün əsas şərtlərdən birincisi İKT-nin əlçatanlığının təmin edilməsidir. Təəssüf ki, bu şərt bəzi bölgələrimizdə ödənmir, bu da nəticədə e-Hökuməti əlçatan qılmır. Bundan başqa Azərbaycanda elektronlaşdırma ilə bağlı həyata keçiriləcək tədbirlər arasında vətəndaşların e-Hökumətlə bağlı maarifləndirilməsi, geniş sorğular aparmaqla mövcud problemlərin aradan qaldırılması əsas yer tutur.

E-Hökumtədə əsas çatışmazlıqlardan biri də fiziki qüsurlu vətəndaşların istifadəçi kimi nəzərə alınmamasıdır. Bundan əlavə, məlumat gizliliyinin sual altında olması da e-Hökumətin infrastrukturunda ciddi dəyişikliklərin edilməsini şərtləndirir. 

E-Hökumətlə bağlı sualımızı cavablandıran ekspert Ruslan Haqverdiyev Azərbaycanın tətbiqetmədə öndə olduğunu qeyd edib:

"Azərbaycanın Respublikasının e-hökumət planlaması beynəlxalq təcürbəyə əsaslanaraq davam edir. Bəzi ölkələr bu məsələdə çox öndə olsalar da, Azərbaycan da bu siyahıda öndə gedən ölkələrdən hesab olunur. Son 5 ildə çox iri addımlarda digər ölkələri qabaqlamağa başlayıb.

Ekspert e-Hökumətlə bağlı təkliflərini də səsləndirib:

"Əsas diqqət yetirməli olduğumuz məqam bu xidmətlərdən və vətəndaşın şəxsi imkanlarında sui-istifadə hallarının yaşanmamasına çalışmaqdır. Çünki bu praktika həm dünyada, həm də ölkəmizdə yeni olduğundanbir çox insan bu xidmətləri tam anlamır. Bu da bəzi dələduzların bu xidmətlərdən sui-istifadə etməsinə gətirib çıxara bilər. Məsələn, elektron notarius xidməti istifadəyə verilib. Bu xidmət üzərindən etibarnamələr verilə bilir. Kiminsə başı çıxmırsa, hansısa dələduz özünə hansısa mülk üzərində etibarnamə verə və onu özgəninkiləşdirə bilər. Ona görə bu məsələlərdə çox diqqətli olmaq lazımdır”.

Qeyd: Bu məqalə 3-cü "Rəqəmsal Jurnalistikaya doğru” proqramının müsabiqə mərhələsi üçün yazılıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Paşinyan: Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan başqa variantı olmayıb
11:38 15.09.2025
Paşinyan: Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan başqa variantı olmayıb
Zamiqin oğlu birinci sinifə getdi - FOTOLAR
11:36 15.09.2025
Zamiqin oğlu birinci sinifə getdi - FOTOLAR
Prezident Xocalı rayonunun Badara kəndində olub - FOTOLAR
11:34 15.09.2025
Prezident Xocalı rayonunun Badara kəndində olub - FOTOLAR
Pirəkəşkül və Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
11:32 15.09.2025
Pirəkəşkül və Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
"Atamdan başqa üzərimdə heç kimin haqqı yoxdur" - Səidə
11:30 15.09.2025
"Atamdan başqa üzərimdə heç kimin haqqı yoxdur" - Səidə
Azərbaycanın 10 milyonuncu sakini birinci sinfə getdi
11:16 15.09.2025
Azərbaycanın 10 milyonuncu sakini birinci sinfə getdi
AZAL turizm gününə özəl endirim kampaniyası elan edir
11:02 15.09.2025
AZAL turizm gününə özəl endirim kampaniyası elan edir
“McDonald’s Azərbaycan” şəhid ailələrindən olan birinci sinif şagirdlərini məktəb ləvazimatları ilə təmin etdi
10:52 15.09.2025
“McDonald’s Azərbaycan” şəhid ailələrindən olan birinci sinif şagirdlərini məktəb ləvazimatları ilə təmin etdi
Tatlısesin nəvəsi "Oksford"a imtahan verdi
10:42 15.09.2025
Tatlısesin nəvəsi "Oksford"a imtahan verdi
“Əmanətə Sədaqət” layihəsinin yeni iştirakçıları ilə görüş keçirilib - FOTOLAR
10:39 15.09.2025
“Əmanətə Sədaqət” layihəsinin yeni iştirakçıları ilə görüş keçirilib - FOTOLAR
Bank Respublika Ağdamın Xıdırlı və Kəngərli kənd məktəblərində birinciləri sevindirib - FOTOLAR
10:36 15.09.2025
Bank Respublika Ağdamın Xıdırlı və Kəngərli kənd məktəblərində birinciləri sevindirib - FOTOLAR
Bakıda bu yollarda “yaşıl işıq”dır - Siyahı
10:31 15.09.2025
Bakıda bu yollarda “yaşıl işıq”dır - Siyahı
İtaliyalı motosikletçi yarış vaxtı aldığı xəsarət səbəbindən vəfat edib
10:28 15.09.2025
İtaliyalı motosikletçi yarış vaxtı aldığı xəsarət səbəbindən vəfat edib
Keçən il "mən azərbaycanlıyam" demişdi, dünən Xankəndidə təxribat törətdi - VİDEO
10:24 15.09.2025
Keçən il "mən azərbaycanlıyam" demişdi, dünən Xankəndidə təxribat törətdi - VİDEO
Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycanı təbrik edib
10:18 15.09.2025
Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycanı təbrik edib
Prezident Daşbulaqda tut bağında görülmüş işlərlə tanış oldu - FOTOLAR
09:55 15.09.2025
Prezident Daşbulaqda tut bağında görülmüş işlərlə tanış oldu - FOTOLAR