Əbdülfəttah Əs-Sisi: “Misir Ermənistan və Azərbaycan arasında vasitəçi olmağa hazırdır”

Əbdülfəttah Əs-Sisi: “Misir Ermənistan və Azərbaycan arasında vasitəçi olmağa hazırdır”
SİYASƏT
19:23 29.01.2023
236
"Misir münasibətlərin normallaşması üçün Ermənistan və Azərbaycan arasında vasitəçi olmağa hazırdır”.

AZXEBER.COM xəbər verir ki, bunu Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisi İrəvanda Ermənistan prezidenti Vaaqn Xaçaturyanla görüşündə deyib.

"Sizinlə söhbət zamanı qeyd etdim ki, bizim Ermənistan-Azərbaycan münaqişəsi məsələsində neytral mövqeyimiz var. Bu mənada, əgər siz bizim vasitəçiliyimizi qəbul edirsinizsə və bizim vasitəçilik etməyimizi və ya belə bir rolu üzərimizə götürməyimizi istəyirsinizsə, biz hazırıq” – deyə, o bildirib.
OXŞAR XƏBƏRLƏR