‘Ebola’ öldürməyə davam edir - 2296 nəfər

DÜNYA
00:08 10.09.2014
1194

“Ebola” virusundan ölənlərin sayı 2296 nəfərə çatıb. 

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının məlumatında qeyd olunub.   

Məlumatda, virusun sürətlə yayılmasını nəzərə alaraq, qurbanların real sayının, əsasən də Liberiyada, daha çox olduğu bildirilir. 

Qeyd edək ki, Syerra-Leonedə virusun sürətlə yayılması səbəbindən sakinlərə evlərini tərk etməyə qadağa qoyulub. Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Marqaret Çen “Ebola” xəstəliyini yalnız 6-9 aydan sonra nəzarətə almaq mümkün olacağını bəyan edib.

 

OXŞAR XƏBƏRLƏR