Martın 19-da ABŞ-ın Mayami şəhərində həbs olunan cənubi azərbaycanlı iş adamı Rza Zərrabın növbəti məhkəməsi baş tutacaq.
Həbs zamanı iş adamının yanında olan həyat yoldaşı, müğənni Ebru Gündeş və qızı Alara isə İstanbula dönmüşdülər. Ebru bu hadisələrin uşağa pis təsir etməməsi üçün bu addımı atmışdı. Bu günlərdə isə ifaçı "Rza yanında məni istəyər" deyərək Mayamiyə qayıtmaq qərarı alıb.
O, aprelin 4-də baş tutacaq məhkəmədə Zərrabın yanında olacaq və 3 həftə ABŞ-da qalacaq. (axsam.az)