Türkiyənin tanınmış sənətçisi Ebru Gündəşin əri, cənubi azərbaycanlı iş adamı Rza Zerrab ölkəni təəccübləndirməkdə davam edir.
AZXEBER.COM “Sabah” qəzetinə istinadən xəbər verir ki, R.Zerrabın aldığı yeni “Rolls-Royce” lüks avtomobili ona vergilərlə birgə 4 milyon lirəyə (2,2 milyon dollar) başa gəlib.Hələ ötən il 960 min avroya “Rolls-Royce” avtomobilinin “Phantom” modelini alan R.Zerrab avtomobil qarajını daha da zənginləşdirib. İş adamı artıq sifariş etdiyi və yaxın iki həftə ərzində ona çatdırılacaq “Rolls-Royce”nin “Ghost” modeli üçün vergilərlə birgə təqribən 2,2 milyon dollar ödəyib.Maraqlıdır ki, indiyə kimi Türkiyədə bu avtomobil modeli yalnız tanınmış iş adamı Ali Ağaoğlunda olub. Lakin bildirilir ki, R.Zerrabın avtomobili daha lüks və bahalıdır.