Xəbər verildiyi kimi, bir neçə gündür Türkiyəni sarsıdan korrupsiya və rüşvət əməliyyatında həbs edilən 29 nəfərin mülkünə həbs qoyulub.
Bunların arasında sənətçi Ebru Gündəşin yoldaşı Rza Zərrabda var.
Zərrabın əməliyyatdan bir gün öncə müsadirə edilən mülklərinin arasında sahibi olduğu “Royal Holdinq”lə bağlı "Are Havaçılıq Şirkəti" də var. Musavat.com-un “Habertürk”ə istinadən verdiyi məlumata görə, Challanger 300 tipli “TC- RZA” özəl təyyarəsi Rza Zərrabın adının hərflərindən ibarətdir. 12 milyon dollar qiyməti olan bu təyyarə 2012-ci ilin sentyabrında Zərrab tərəfindən satın alınaraq Türkiyəyə gətirilib.
Əməliyyat nəticəsində həbs edilən tanınmış iş adamı R.Zərrabın bu təyyarəni həyat yoldaşı Ebru Gündəşə hədiyyə olaraq aldığı da deyilir.
![](/file/pic/xeber/2013-12-20/77407.jpg)
![](/file/pic/xeber/2013-12-20/77409.jpg)
![](/file/pic/xeber/2013-12-20/77412.jpg)
![](/file/pic/xeber/2013-12-20/77413.jpg)