ABŞ-da həbsdə olan Rza Zərrab ilə Ebru Gündeş barışıb.
Bu barədə Türkiyənin "Hürriyet” qəzeti məlumat yayıb.
Qəzet yazır ki, 3 ay müddətində görüşməyən cütlük arasında buzlar əriyib. Gündeş boşanmaq qərarından imtina edib.
O, həyat yoldaşı ilə telefonla ünsiyyət qurmağa başlayıb.
Ebru bir neçə gün sonra Zərrabın Beykozdakı villasına köçməyi planlaşdırır.
