Çeçenistan hakimiyyəti Qroznıya uçan təyyarənin Aktauda qəzaya uğramasından sonra dekabrın 28-ni matəm günü elan edib.
AZXEBER.COM xəbər verir ki, RİA Novosti bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırovun fərmanına istinadən yazır.
Dekabrın 25-də Bakıdan Qroznıya uçan "Azərbaycan Hava Yolları"na məxsus sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. 38 nəfər ölüb.