Əcnəbi jurnalistin addımı hər kəsi şoka saldı

Əcnəbi jurnalistin addımı hər kəsi şoka saldı
DÜNYA
09:48 21.09.2023
125
Avstraliyalı jurnalist Kirsten Draysdeyl körpəsinə metamfetamin adlı narkotik maddəni tərifləyən ad qoyması ilə gündəmə gəlib.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Avstraliyanın ictimai yayımı ABC-də çalışan jurnalist ölkəsində tətbiq edilən ad tənzimləməsini sınaqdan keçirmək üçün maraqlı üsuldan istifadə edib.

Jurnalist ictimaiyyətin ən çox verilən suallarından birinə cavab verib:
 
"Mən körpəmə hansı adları verə bilərəm?" Suala cavab vermək üçün o, yeni doğulan övladına "Metamfetamin Super” adını verib.

"Rədd ediləcəyini güman edərək ağlımıza gələn ən çılğın adı qoyduq. Amma bu belə deyildi. Metamfetamin Super adı diqqətdən kənarda qalıb və təsdiq alıb", - Drysdale deyib.
 
Bununla belə, qurum rəsmisi qeyd edib ki, ad rəsmi olaraq dəyişdirilsə belə, uşağın ilk təsdiq edilmiş adı praktika olaraq sistemdə qalacaq.

Mikayıl
OXŞAR XƏBƏRLƏR