"Biləsuvar” dövlət sərhədindən buraxılış məntəqəsində Azərbaycana gələn İran vətəndaşları, 1991-ci il təvəllüdlü Oghba Tooraj Hassanali və 1980-cı il təvəllüdlü Bigham Chouploujeh Arash Esfandyarın üzərinə baxış keçirilərkən daxili orqanlarından ümumilikdə 392 qram narkotik maddə olan "heroin” aşkar olunub.
AZXEBER.COM-un Dövlət Sərhəd Xidmətinə istinadən məlumatına görə, narkotik vasitələrin sifarişçisinin müəyyənləşdirilməsi və cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində Xidmətin əməkdaşları tərəfindən DİN orqanları ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan vətəndaşı Bakı şəhəri Əmircan qəsəbə sakini 1969-cu il təvəllüdlü Məmmədov Danil Səfərəli oğlu saxlanılıb.
Fakt üzrə cinayət işi başlanılıb, qeyd olunan şəxslər təqsirləndirilən şəxs qismində cəlb olunub, barələrində həbs qətimkan tədbiri seçilib. Cinayət işi üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.