12:21 Cümə, 06 Dekabr 2019
SİYASƏT

Əcnəbilərə Azərbaycanda təhsil almaq üçün yeni imkan - FƏRMAN

20:07, 19.07.20193741
Əcnəbilərə Azərbaycanda təhsil almaq üçün yeni imkan - FƏRMAN

Əcnəbilər Azərbaycanda üç ali təhsil müəssisəsinə Prezidentin təsis etdiyi qrant proqramı əsasında da qəbul ola biləcəklər.

AZXEBER.COM azertac-a istinadən xəbər verir ki, bununla əlaqədar olaraq Prezident İlham Əliyevin müvafiq fərmanı ilə "ADA” Universitetinin, Bakı Xoreoqrafiya Akademiyasının və Bakı Mühəndislik Universitetinin nizamnamələrində dəyişikliklər edilib.

 

Dəyişikliklərə əsasən, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin "ADA” Universitetinə qəbulu Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, Azərbaycan Respublikası Prezidentinin təsis etdiyi təhsil qrantı proqramı əsasında, habelə Universitetlə əcnəbi və ya vətəndaşlığı olmayan şəxs arasında bağlanan müqaviləyə uyğun olaraq həyata keçirilir.

Habelə Akademiyanın və Bakı Mühəndislik Universitetinin bakalavriat, magistratura, doktorantura səviyyələrinə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qəbulu Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, Azərbaycan Respublikası Prezidentinin təsis etdiyi təhsil qrantı proqramı əsasında, habelə ödənişli əsaslarla həyata keçirilir.

XƏBƏR LENTİ