"Eco2Auto" layihəsi - daha yaşıl Azərbaycan üçün

MARAQLI
16:25 11.09.2023
290
9 və 10 sentyabr tarixlərində Bakıda "EcoTech 2023" sərgisi keçirilib.
 
AZXEBER.COM xəbər verir ki, bu sərginin keçirilməsində əsas məqsəd gənc ekoloqların planetimizi qorumaq və davamlılıq naminə öz innovativ ideyalarını təqdim edə biləcəkləri bir platforma yaratmaqdır. "EcoTech" digər sərgilərlə müqayisədə daha keyfiyyətli fərqlərə sahibdir. Burada gənc ekoloqların layihələri beynəlxalq mentorlar tərəfindən qiymətləndirilir. Bu mentorlar isə MIT, Cornell, Purdue, Nyu York, Miami, və İmperial Kolej London kimi dünyanın ən prestijli universitetlərindən seçilmiş tələbələrdir. 

Bu mötəbər tədbirin partnyorlarından biri isə gənc eko-novator Cəlil Cəlilov idi. Cəlil, sərgidə "Daha yaşıl Azərbaycan naminə” şüarı ilə yaradıcısı olduğu "Eco2Auto” startapı ilə çıxış edib. O, "Landau” məktəbinin 11-ci sinfində təhsil alır və cəmi 16 yaşı var. Gənc yaşlarına baxmayaraq Cəlil və onun komandası "Eco2Auto” layihəsi ilə ölkəmizdə ekoloji savadlılığı artırmağa və daha yaşıl gələcək qurmağa çalışır. Layihənin missiyalarından biri əhali arasında karbon izlərini azaldan dayanıqlı nəqliyyat variantlarını təşviq etməkdir. Sərgidə çıxış edən Cəlil öz layihəsi vasitəsilə hər kəsi daha davamlı və ekoloji cəhətdən təmiz həyat tərzinə doğru addımlar atmağa ruhlandırmaq istədiyini vurğulayıb.

Cəlilin nümunəsində gənc novatorlar ətraf mühit üçün yorulmadan çalışdıqca, daha yaşıl, daha ekosağlam gələcəyə ümid verirlər. "EcoTech 2023" sərgisi də bu gənc beyinlərə meydan verməklə, onların parlaq ideyalarını dəstəkləyir. 

"Eco2Auto” layihəsi ilə bağlı daha ətraflı məlumat üçün: https://eco2auto.com

OXŞAR XƏBƏRLƏR