Ecoinnovators: 6000 nəfər ekoloji mövzularda məlumatlandırılacaq

Ecoinnovators: 6000 nəfər ekoloji mövzularda məlumatlandırılacaq
SOSİAL
15:58 18.09.2025
474
"İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə "Ecoinnovators: Gənclər üçün ekoloji texnologiyalar və sosial sahibkarlıq düşərgəsi” baş tutub.

AZXEBER.COM xəbər verir ki, Şəki şəhərində çadır şəraitində baş tutan 5 günlük düşərgədə Mingəçevir, Qax, Sumqayıt, Bakı, Şəki, Zaqatala, Quba və.s fərqli regionlardan gənclər iştirak edib. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, "SABAH.HUB", Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi və digər tərəfdaş qurumlardan dəvət olunmuş ekspert və mütəxəssislərin, həmçinin peşəkar təlimçilərin iştirakı ilə "Sosial ekologiya nədir və ekoloji izimiz”, "Regionlarda ekoloji problemlər və onların həll yolları”, "Sosial sahibkarlıq nədir?”, "İnnovativ ekoloji texnologiyaların tanıtımı və tətbiqi”, "Dayanıqlı inkişaf məqsədləri”, "Startup ideyaları” mövzularında sessiya və təlimlər keçirilib. Bununla yanaşı, iştirakçılar üçün qrup işləri və vorkşoplar da təşkil olunub.

Layihə proqram xarakterli olmaqla iki illik dövrü əhatə edir. Bu müddət ərzində 6000-dən çox insanın ekoloji maarifləndirmə kampaniyaları vasitəsilə məlumatlandırılması planlaşdırılır. Gənclərin təşəbbüsü ilə həyata keçiriləcək təmizlik aksiyaları, ağacəkmə tədbirləri və sosial mediada paylaşılan maarifləndirici məzmunlar yerli icmalarda pozitiv dəyişikliklərə zəmin yaradacaq. İştirakçıların təşəbbüsü ilə öz bölgələrində 1000 nəfərə yaxın gənci maarifləndirərək azı 10 davamlı icma təşəbbüsünü həyata keçirmələri nəzərdə tutulub.

Düşərgənin əsas məqsədi gəncləri ekoloji problemlərə yaradıcı yanaşmalar axtarmağa, yaşıl texnologiyalar və sosial sahibkarlıq bacarıqlarını inkişaf etdirməyə təşviq etmək, eyni zamanda onları praktik bilik və vərdişlərlə dəstəkləyərək öz icmalarında davamlı təşəbbüslərə sövq etməkdir. 

Layihənin uzunmüddətli hədəfi ekoloji məsuliyyət mədəniyyətini gücləndirmək və gənclərdən ibarət liderlər şəbəkəsi formalaşdırmaqdır. Bu istiqamətdə növbəti layihələrin də davam etdirilməsi nəzərdə tutulur.

 

 

 

 

 

 

 



OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Məhəmməd Əmin Rəsulzadənin vəfatının ildönümüdür
00:46 06.03.2026
Məhəmməd Əmin Rəsulzadənin vəfatının ildönümüdür
Azərbaycanın XİN başçısı avstriyalı naziri İranın dron hücumu barədə məlumatlandırıb
00:37 06.03.2026
Azərbaycanın XİN başçısı avstriyalı naziri İranın dron hücumu barədə məlumatlandırıb
Ararat Mirzoyan Ceyhun Bayramova zəng edib, İranın dron hücumları müzakirə olunub
00:26 06.03.2026
Ararat Mirzoyan Ceyhun Bayramova zəng edib, İranın dron hücumları müzakirə olunub
Kərim Vəliyev türk, macar və ərəb həmkarları ilə danışdı
00:15 06.03.2026
Kərim Vəliyev türk, macar və ərəb həmkarları ilə danışdı
İtaliyanın İrandakı səfirliyinin əməkdaşları Azərbaycan vasitəsilə təxliyə olunub
23:57 05.03.2026
İtaliyanın İrandakı səfirliyinin əməkdaşları Azərbaycan vasitəsilə təxliyə olunub
İlham Əliyevin İranın Azərbaycana dron hücumuna dair fikirləri dünya mediasının diqqət mərkəzindədir
23:47 05.03.2026
İlham Əliyevin İranın Azərbaycana dron hücumuna dair fikirləri dünya mediasının diqqət mərkəzindədir
“Azərbaycanın yanındayıq”
23:41 05.03.2026
“Azərbaycanın yanındayıq”
Bakı-İğdır-Bakı marşrutu üzrə uçuş CƏDVƏLİ
23:37 05.03.2026
Bakı-İğdır-Bakı marşrutu üzrə uçuş CƏDVƏLİ
Tehran küçələri boş qalıb: şəhərdə nəzarət məntəqələri qurulub
23:11 05.03.2026
Tehran küçələri boş qalıb: şəhərdə nəzarət məntəqələri qurulub
Monteneqro İranın Naxçıvana hücumunu pisləyib
22:51 05.03.2026
Monteneqro İranın Naxçıvana hücumunu pisləyib
Şahbaz Şərif İranın Azərbaycana dron hücumu ilə bağlı ciddi narahatlığını ifadə edib
22:36 05.03.2026
Şahbaz Şərif İranın Azərbaycana dron hücumu ilə bağlı ciddi narahatlığını ifadə edib
Ərdoğan Naxçıvana dron hücumunu pisləyib
22:32 05.03.2026
Ərdoğan Naxçıvana dron hücumunu pisləyib
Naxçıvanda xəsarət alanlardan 3-ü evə buraxıldı
22:26 05.03.2026
Naxçıvanda xəsarət alanlardan 3-ü evə buraxıldı
"İranın mülki şəxsləri hədəf alan hücumları beynəlxalq hüquqa ziddir" - İspaniya XİN
22:11 05.03.2026
"İranın mülki şəxsləri hədəf alan hücumları beynəlxalq hüquqa ziddir" - İspaniya XİN
BMT nümayəndəliyi Azərbaycanla həmrəyliyini ifadə edib
22:07 05.03.2026
BMT nümayəndəliyi Azərbaycanla həmrəyliyini ifadə edib
İlham Əliyev və İrakli Kobaxidze arasında telefon danışığı baş tutub
21:56 05.03.2026
İlham Əliyev və İrakli Kobaxidze arasında telefon danışığı baş tutub