‘Ədalət sözdə, bəyanatda deyilir...’ - Novruz Məmmədov

‘Ədalət sözdə, bəyanatda deyilir...’ -  Novruz Məmmədov
SİYASƏT
14:32 11.06.2014
1187

"Bu gün Azərbaycanda müşahidə edilən sabitlik və inkişafın bir mənfi tərəfi də var. Dünya çox ədalətsiz və qəddardır. Bu sabitlik və inkişaf bir çox ölkələrin qısqanclığına, paxıllığına səbəb olur. Azərbaycanı gözləri götürmür. Bununla bağlı müxtəlif addımlar atırlar. Harada bir söz-söhbət oldusa, onu mütləq şişirdib ictimaiyyətin mövqeyini mənfi istiqamətdə formalaşdırmaq istəyirlər". Bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, PA-nın beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov "Səs" qəzetində 15 İyun - Milli Qurtuluş Günü münasibətilə keçirilən "dəyirmi masa"da bildirib. Xüsusilə müsəlman ölkələrində baş verən proseslərə diqqət yetirməyə çağıran PA rəsmisi Qərb dövlətlərini müsbət nümunə göstərə bilməməkdə ittiham edib: "Xüsusilə fikir verin ki, müsəlman ölkələrində, onlarla ölkələrdə nə baş verdiyi bilinmir. Açırsan televiziyanı, mətbuatı, görürsən ki, haradasa iki-üç partlayış olub, 20, 30, 40 nəfər həlak olub. Hər yerdə müharibə gedir, hər yerdə gərginlikdir. Qərb indiyədək elə bir addım atmayıb ki, bizim üçün, başqaları üçün nümunə olsun". Onun fikrincə, bu gün dünyada beynəlxalq münasibətlərdə ədalət deyilən şey yoxdur: "Bütün dövlətlər yalnız özlərinin maraqlarını təmin etmək üçün bütün vasitələrdən istifadə edirlər. Ədalət sözdə, bəyanatda deyilir, müəyyən çıxışlarda deyirlər. İnsan hüquqları və demokratiyanı siyasiləşdirib bundan istifadə edirlər. Bundan əlavə, bütün başqa üsullardan da istifadə edirlər. Liviya ilə bağlı məsələ qalxanda heç kimdən icazə almadan, heç bir yerdə də qərar qəbul etmədən 2 saatın içində təyyarələr qalxdı və oraya hücum etdi. Eləcə də başqa ölkələrdə də buna oxşar hallar olub".

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
02:57 11.07.2025
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
23:54 10.07.2025
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
Sabah bu ərazilərdə işıq olmayacaq
23:38 10.07.2025
Sabah bu ərazilərdə işıq olmayacaq
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
23:29 10.07.2025
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
23:11 10.07.2025
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
22:53 10.07.2025
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
22:43 10.07.2025
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
22:28 10.07.2025
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
22:18 10.07.2025
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
Professor Mirzə Qurbanov vəfat edib
22:12 10.07.2025
Professor Mirzə Qurbanov vəfat edib
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
22:07 10.07.2025
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
21:51 10.07.2025
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
21:46 10.07.2025
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
21:33 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO
21:30 10.07.2025
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO
Laçında insan skeletinin qalıqları tapıldı
21:12 10.07.2025
Laçında insan skeletinin qalıqları tapıldı