Editor.az niyə işləmir?

MARAQLI
01:21 02.02.2013
1820
Editor.az informasiya portalına növbəti dəfə haker hücumu olub.
"Portalın serverinə olan hücumların kim tərəfindən təşkil edildiyini bilmirik”. Bu sözləri Azxeber.com-a açıqlamasında Editor.az informasiya portalının baş redaktoru Fərid Şahbazlı söyləyib.
Onun sözlərinə görə, artıq baş verən təxribatın qarşısını almaq istiqamətində zəruri tədbirlər həyata keçirilir və təhlükə dəf edilən kimi sayt öz fəaliyyətini bərpa edəcək: “Bu ilk dəfə deyil ki, bizə qarşı bu cür haker hücumları təşkil edilir.Oxuclardan yaranmış müvəqqəti narahatlığa görə, üzr istəyirik”
Qeyd edək ki, editor.az saytı qısa müddətdə oxucuların inamını qazanmağı bacaran xəbər portallarındandır.
OXŞAR XƏBƏRLƏR