Eduard Məmmədov Güloğlan Cabbarova cavab verdi

İDMAN
12:58 31.03.2015
2858
“Mənim məqsədim Azərbaycanın bayrağını qaldırmaqdır və mən buna nail oluram”.
Kikboksinqin müxtəlif versiyalarında 21 qat dünya çempionu Eduard Məmmədov Azərbaycanın Kikboksinq üzrə Federasiyasının vitse-prezidenti Güloğlan Cabbarovun bəyanatına cavab verib.
AZXEBER.COM xəbər verir ki, Cabbarov Məmmədovun son illərdə əldə etdiyi nailiyyətlərinin ciddiyə alınmamasını bəyan edib. Belə ki, onun uğur qazandığı yarışlar, elə də nüfuzlu təşkilatlar tərəfindən keçirilməyib.
“Mən görürəm ki, uğurlarım kimisə narahat edir. Yalnız onu deyə bilərəm ki, WAKO, IAKSA, WPKA və WCA versiyalarında çıxış edərək ümumilikdə 21 dəfə çempion olmuşam. Hamı bilir ki, bu təşkilatların hər birinin öz qaydaları var. Mənim məqsədim Azərbaycanın bayrağını qaldırmaqdır və mən buna nail oluram. Diqqətiniz üçün təşəkkür edirəm!”. Bu sözləri idmançı öz facebook səhifəsində yazaraq Güloğlan Cabbarova cavab verib.
OXŞAR XƏBƏRLƏR