Yanvar ayının ikinci hissəsində Parisdə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk qrupununun həmsədrlərinin iştirakı ilə görüşü planlaşdırılır.
Bunu Peru Xarici İşlər Nazirliyinin nümayəndələri ilə görüşdə Ermənistan xarici siyasət idarəsinin rəhbəri Edvard Nalbandyan deyib.
Nalbandyan qeyd edib ki, İrəvan ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birgə Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yönəlmiş prosesi davam etdirəcək.(Apa)