Əməkdar artist: "Sənət insanlarının necə simasız olduğunu gördüm" - VİDEO

Əməkdar artist: "Sənət insanlarının necə simasız olduğunu gördüm" - VİDEO
MAQAZİN
17:07 03.06.2020
1144
"Yarım bir həyat yaşamışam. O yarımı dolduran oğlum olub. Allah insana hər şey vermir. Aldıqlarının əvəzinə daha da böyük şeylər verir. Övladım və sənətim məni həyata bağlayır"
 
AZXEBER.COM xəbər verir ki, bu sözləri əməkdar artist Gülüstan Əliyeva deyib.
 
O "Şou ATV" verilişində şəxsi həyatı haqda danışıb: "Bu şeyləri yaşamasaydım bu gün belə insan olmazdım. Təklik Allaha məxsusdur. Bir insan ki, təhnalıqda Allaha sığınaraq xoşbəxt olursa, deməli o adam güclü insandır. Mən də sənətdə və dostluq həyatında tənhalığı seçdim. Həm qohumların, həm də sənət insanlarının necə simasız olduğunu gördüm".
 
Qeyd edək ki, əməkdar artist Gülüstan Əliyevanın həyat yoldaşı Zahid Əhmədov Qarabağ döyüşlərində canından keçərək, şəhid olub.
 
Nazim Qasımzadə 

OXŞAR XƏBƏRLƏR