Efiopiya Prezidenti iqlim sammitində iştirak üçün Azərbaycana gəlib

Efiopiya Prezidenti iqlim sammitində iştirak üçün Azərbaycana gəlib
SİYASƏT
13:44 11.11.2024
133
Efiopiya Federativ Demokratik Respublikasının Prezidenti Taye Atske Selassie noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfərə gəlib.

AZXEBER.COM xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın səhiyyə naziri Teymur Musayev və digər rəsmi şəxslər qarşılayıblar.
OXŞAR XƏBƏRLƏR