Efir məkanında yaş məhdudiyyətlərinin qoyulması qaydaları açıqlandı

Efir məkanında yaş məhdudiyyətlərinin qoyulması qaydaları açıqlandı
SOSİAL
09:39 30.10.2017
603
"Milli Televiziya və Radio Şurası (MTRŞ) uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, mənəvi və əqli inkişafına ziyan vura bilən və televiziya məkanında kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlardan qorunması üçün daimi monitorinqlər aparır və müvafiq tədbirlər həyata keçirir”.
 
AZXEBER.COM xəbər verir ki, bunu Trend-ə Milli Televiziya və Radio Şurasının (MTRŞ) Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.
 
T.Dadaşov bildirib ki, tele-radio haqqında qanunvericilikdə konkret tələblər var ki, televiziya kanalları o tələblərə riayət etməlidir.
 
Onun sözlərinə görə, uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, mənəvi və əqli inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün xüsusi qaydalar var: "Bu qaydalarda bir çox məsələlər öz əksini tapıb ki, bunların da məqsədi uşaqların və yeniyetmələrin mənafeyini qorumaq üçün nəzərdə tutulub. Efirdə fiziki və psixi zorakılıq hallarının əks olunduğu səhnələrin, qorxulu və dəhşətli filmlərin yer alması, tibbi əhəmiyyət kəsb edən əməliyyatların, hipnoz əməliyyatların, kriminal fəaliyyəti, spirtli içkilərin, narkotik vasitələrin, tütün məmulatlarının istifadə edilməsinin əks olunduğu səhnələrin yayımlanması, qumar oyunlarının, idman mərc oyunlarının təbliği ilə bağlı olan və digər məsələlər bu qaydalarla tənzimlənir. Bizim tez-tez rast gəldiyimiz məsələ bu halların qeyd olunduğu səhnələrin yayımı efirdə məhdudlaşdırılır. Bu məhdudlaşdırma səhər saat 07:00-dan axşam saat 23:00-ə qədər müddətdir. 12+, 18+ və digər yaş məhdudiyyətlərinin qoyulması isə televiziyaların daxili yaradıcılıq işidir”.
 
T.Dadaşov qeyd edib ki, əgər yuxarıda qeyd olunan hallar aşkar olunursa, MTRŞ tərəfindən bununla bağlı müvafiq tədbirlər görülür: "Qeyd edim ki, əvvəlki dövrlərdə belə hallara tez-tez rast gəlinirdi. MTRŞ bununla bağlı müvafiq tədbirlər görüb, cərimələr edirdi. Son vaxtlar bu məsələlər müəyyən qədər azalıb, amma yenə də bu o demək deyil ki, belə hallar tam aradan qaldırılıb. MTRŞ daimi monitorinqlər keçirir və bunları izləyir”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya uzun illərdir bölgədə təhlükəsizlik və sabitlik deyil, məhz zülm, etnik ayrı-seçkilik yayır - ŞƏRH
00:25 29.06.2025
Rusiya uzun illərdir bölgədə təhlükəsizlik və sabitlik deyil, məhz zülm, etnik ayrı-seçkilik yayır - ŞƏRH
Xamenei və onun Azərbaycanla müharibəsi
00:14 29.06.2025
Xamenei və onun Azərbaycanla müharibəsi
Kreml repressiyası - "Skinhed" ruhlu imperiya
23:59 28.06.2025
Kreml repressiyası - "Skinhed" ruhlu imperiya
Yekaterinburqda işgəncə görən azərbaycanlı: "Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər"
23:50 28.06.2025
Yekaterinburqda işgəncə görən azərbaycanlı: "Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər"
Hacıbəy Heydərli: Azərbaycan dövləti şimal qonşusundan fərqli olaraq hər bir vətəndaşının arxasındadır
23:34 28.06.2025
Hacıbəy Heydərli: Azərbaycan dövləti şimal qonşusundan fərqli olaraq hər bir vətəndaşının arxasındadır
Kürdəmirdə kişi həyat yoldaşını qətlə yetirib
23:27 28.06.2025
Kürdəmirdə kişi həyat yoldaşını qətlə yetirib
 Baş redaktor: “Rusiya özünün işğalçı müharibəsinə azərbaycanlıları zorla qoşulmağa məcbur edir”
23:20 28.06.2025
Baş redaktor: “Rusiya özünün işğalçı müharibəsinə azərbaycanlıları zorla qoşulmağa məcbur edir”
“Bu, çökən imperiyanın refleksidir”
23:15 28.06.2025
“Bu, çökən imperiyanın refleksidir”
Rusiyada baş verənlər Stalin repressiyalarını belə kölgədə qoyur: Şovinist siyasətin tarixi
23:11 28.06.2025
Rusiyada baş verənlər Stalin repressiyalarını belə kölgədə qoyur: Şovinist siyasətin tarixi
Overçukun Azərbaycana səfəri ləğv olundu - Yekaterinburqdakı hadisələrə görə
23:01 28.06.2025
Overçukun Azərbaycana səfəri ləğv olundu - Yekaterinburqdakı hadisələrə görə
Stiv Uitkoff yaxın günlərdə İran rəsmiləri ilə danışıqlar aparacaq
22:56 28.06.2025
Stiv Uitkoff yaxın günlərdə İran rəsmiləri ilə danışıqlar aparacaq
İsrail Livana zərbə endirib, "Hizbullah"ın bölmə komandanı öldürülüb
22:47 28.06.2025
İsrail Livana zərbə endirib, "Hizbullah"ın bölmə komandanı öldürülüb
Orban: Ukraynanın NATO-ya daxil olması III Dünya müharibəsinə gətirib çıxaracaq
22:41 28.06.2025
Orban: Ukraynanın NATO-ya daxil olması III Dünya müharibəsinə gətirib çıxaracaq
İsrail HAMAS-ın qurucularından birini zərərsizləşdirib
22:31 28.06.2025
İsrail HAMAS-ın qurucularından birini zərərsizləşdirib
Azərbaycanlıların saxlanması ilə bağlı iş xüsusi nəzarətə götürüldü
22:05 28.06.2025
Azərbaycanlıların saxlanması ilə bağlı iş xüsusi nəzarətə götürüldü
İraqda Türkiyə Ordusunun taboruna hücum olub, 10 hərbçi yaralanıb
21:50 28.06.2025
İraqda Türkiyə Ordusunun taboruna hücum olub, 10 hərbçi yaralanıb